adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyun 2018 14:44
19118
ƏDƏBİYYAT

"XƏCALƏT”İ XƏCALƏTSİZ OXUMAQ OLMUR

Dahi rus yazıçısı L.Tolstoyun gözəl bir kəlamı var.Odeyir:,,Yaxşı bir kitab oxmaq eynilə ağıllı bir adamla söhbət etməyə bənzəyir.Oxucukitabdan bilik alır və həyatı dərk etmək qabiliyyətini öyrənir”.Dünya ədəbiyyatıəzinəsinəçox dəyərli sənət inciləri bəxş etmiş L.Tolstoyun dahiliyinə mənim heç bir şübhəmyoxdur.Lakin həmyerlimiz H.Mirələmovun ,.Xəcalət” povestini oxuyarkən buna birdaha və ürəkdən əmin oldum.

Desəm ki, əsəri birnəfəsə oxudum, yalan olar.Ona görəki, oradakı həyat həqiqətlərini dərk etməyə, onları fikrin, hissin, idrakınsüzgəcindən keçirməyə düzgün mütaliə etməyi bacaran oxucuya bir az vaxtlazımdır.Və bu qeyri- müəyyən zaman kəsiyində oxucu elə bil ki, əsərin qəhrəmanlarınaqoşulub yaxın keçmişimizə qiyabi səyahət edir.Müəllif sanki oxucusunun əlindəntutub onu öz arxasınca addım- addım gəzdirir, erməni faşizminin törətdiyi dəhşətlicinayətləri ona göstərir.Yazıçı tarixi düşmənimiz olan ermənilərin məkrli siyasətini,onların havadarlarının iç üzünü ustalıqla açıb göstərmişdir.

,,Xəcalət” povesti Qarabağ həqiqətlərini, zorla cəlbolunduğmuz bu müharibənin dəhşətlərini büyün bəşəriyyətə çatdıra biləcək səviyyədəqiymətli bir ədəbi nümunədir.

Bu əsər ürəyində az-çox vətən təəssübü, ey qeyrətiolan hər bir azərbaycanlını xəcalət çəkməyə məcbur edir.,,Xəcalət”I xəcalətsiz oxumaq mümkün deyil.Müəllif buağır hissi dəfələrlə oxucusuna yaşadır.Əsərin qəhrəmanı Vətən namərd gülləsindənşəhid olan ahıl anasını çölün düzündə, heç bir şəriət ayini icra

olunmadan – yasinsiz, Quransız, kəfənsiz, öz əlləriilə dəfn edəndə istər- istəməz xəcalət çəkməli olursan.Əzizlərinin meyidlərinigörüb dərddən havalanmış qadın saçlarını yolub şabaş kimi başına tökərək qolgötürüb oynayanda xəcalət çəkmək lazım gəlir.Vətənin xəstə yatan qızı Didarsinif yoldaşlarının onların necə ağır bir şəraitdə yaşadıqlarını gördükləriüçün xəcalət çəkir.Biz də bu xəcalətə şərik olmalıyıq.Və nəhayət, Qarabağ şairiSeyyid Nigarinin divanını (hansı ki Vətənin babası Qızıllı İsgəndər onuocağının talismanı adlandırmışdı,hansı ki, Vətən onu xəstə qızına dərmanalmaqdan ötrü 9 min manata satmağa məcbur olmuşdu) səkidə atılıb qalmış haldaküləklər vərəqləyəndə biz xəcalət çəkməliyik.Bu xəcalətdə hamımızın payıvar.Heç bir kəsin də bu xəcalətdən yaxasını kənara çəkməyə haqqı yoxdur.

,,Xəcalət” povesti yatmış vicdanlara vurulan şillədir.,,Xəcalət”povesti fikirlərdə, düşüncələrdə inqilab edə biləcək bir sənət əsəridi.Və məninanıram ki, müasir ədəbiyyatın ən maraqlı nümunələrindən olan ,,Xəcalət” əsəriuzun illər öz aktuallığını saxlayacaq, daim geniş oxucu kütləsinin diqqət mərkəzindəolacaqdır.

Sözümün sonunda böyük fransız yazıçısı O.Balzakdanbir sitat gətirmək istəyirəm:,,Krallar müəyyən vaxtlarda, əsl sənətkarlar isə əsrlərboyu insanlar üzərində hökmranlıq edirlər”.

Mən H.Mirələmovu bu qəbildən olan sənətkarlarsırasına aid edirəm və ona yeni- yeni yaradıcılıq sevincləri, bol- bol oxucusevgisi arzulayıram.Və bir də arzu edirəm ki, H. Mirələmovun qələmi Böyük Qələbənitərənnüm edə biləcək ruhda köklənsin.İnşaallah,o gün uzaqda deyildir.

Xatirə XATUN