Xayme Romero zədələndi
"Qarabağ”ın futbolçusu Xayme Romero ötən gün "Sabah”la qarşılaşdıqları yoxlama matçında (2:0) zədələnib. 29 yaşlı yarımmüdafiəçi bu səbəbdən oyunu ilk hissənin sonlarında tərk etməli olub.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, ispaniyalı futbolçunun zədəsi ciddi deyil. Onun Çempionlar Liqasının l təsnifat mərhələsində "Sileks”lə matçda iştirakı üçün problem yoxdur.
Qeyd edək ki, 18 avqust Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ”-"Sileks” görüşü 20:00-da başlayacaq.
Digər Xəbərlər
29 Aprel 2024 20:44