adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Fevral 2020 10:28
42699
ELM VƏ TƏHSİL

Xarici dilin tədrisində müasir metodikanın tətbiqi - FOTOLAR

Bütündövrlərdə cəmiyyətin və dövlətin inkişafında başlıca rol oynayan təhsilindüzgün təşkili prosesində, məhz səviyyə platformasında əksini tapan bilik vəbacarıq amili mühüm şərt sayılır.

Təsadüfideyil ki, bilik və bacarıq hər zaman dəyərli kapital sayılır və yüksək keyfiyyətlitəhsil hər bir insana münasib iş, öz potensialını həyata keçirmək imkanı verir.Ölkə prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilətəsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə DövlətStrategiyası”nda da təhsil sahəsində insan resurslarının müasirləşdirilməsistrateji istiqamətlərdən biri kimi müəyyən edilib.Əlbəttəbu Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsilinvəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflərvə tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyətdaşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalininsosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalınıninkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyəçevirmişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatıinkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasındayaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənintəhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafınanail olmaqdır. Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək səviyyədəqura bilərlər. Təbii ki, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdədə fəaliyyətlərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil vəbütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə ki, təhsil hər bir fərdincəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşaçevirir.


Bugün innovativ təlim metodlarından lazımınca faydalanan, təhsilin məzmununun səmərəlimənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması, təhsilverənlərinpeşəkarlığının yüksəldilməsi kimi məsələlər hər bir ali təhsil müsəssisəsininxüsusi diqqət mərkəzindədir. Azərbaycan Dillər Universitetində təhsilin keyfiyyətinin artırılmasını ehtiva edən yeni tədbirlər zərfində,o cümlədən ingilis dilinin də keyfiyyətli tədrisinə nail olmanın zəruruliyi nəzərdətutulur.



Azərbaycan Dillər Universitetinin rektoru akad.Kamal Abdullayevin göstərişi ilə universitetin Dil Xidmətləri Təlim Tədris vəKaryera Mərkəzində "məzunlarla iş” layihəsi çərçivəsindəsilsilə seminarlara start verildi. Layihənin əsas məqsədi əvvəli illərdə AzərbaycanDillər Universitetindən məzun olmuş hazırda Azərbaycanın bölgələrindəki ortaixtisas müəssisələrində müəllimlik edən məzunların ingilis dilinin müasirmetodikası ilə tanışlıq, dərs keyfiyyəti və orta məktəblərdə şagirdləriningilis dilinə olan marağın artırılmasından ibarətdir.



Elə məhz bu səbəbdən Azərbaycan Dillər UniversitetininDil Xidmətləri Təlim Tədris və Karyera Mərkəzi, İsmayıllı rayon İcra Hakimiyyətivə İsmayıllı rayon Təhsil Şöbəsinin dəstəyi ilə 04.02.2020-ci il tarixindəİsmayıllı rayonu Heydər Əliyev Mərkəzində "Optimized Traning for ESL Teachers” adlıseminar təşkil olundu.

"Optimized Traning for ESL Teachers”təliminin məqsədi şagirdin şəxsiyyət kimiformalaşmasını əsas götürür. Bu faktor isə həm müəllim, həm də dərslik və dərsvəsaitləri faktoru ilə sıx bağlıdır. Təlimin həyata keçirilməsində şagirdinşifahi şəkildə eşitdiyini və oxuduğunu başa düşmələri, öz fikrini şifahi vəyazılı ifadə edə bilmələri, şagird və müəllim arasında danışıq fəaliyyətinin həyatakeçirilməsi, şagirdlərin verilən dil və nitq materialları üzərində iş aparabilmələri, onları dəyişdirmək, qısaltmaq, genişləndirmək, başqa şəkildə ifadəetmək, dil materiallarının məzmununun necə şərh edilməsi, şəkillər üzrə müsahibə,ekskursiyalar, filmlərin müzakirəsi, bədii əsərlərin təhlili və s. dil vərdişlərininaşılanması əsas rol oynayır.


"Optimized Traning for ESL Teachers” təlimininəsas məzmunu və məqsədi şagird şəxsiyyətinin inkişaf etdirilməsi iləyanaşı onların linqvistik qabiliyyətlərinin üzə çıxarılmasına, xarici dildənitq inkişafına böyük maraq və həvəsin yaradılmasına, şagirdə müstəqil öyrənməkbacarığı və vərdişlərinin aşılanmasına yönəlməlidir.Müasir metodikada şagirdləryavaş - yavaş müstəqilliyə alışır, sərbəst düşünüb fikir söyləməyə can atırlar.Bu zaman müəllim:

-dərs vaxtımüzakirəyə bir neçə mövzu təklif etməli;

-şagirdləriverilən situasiyalara dair fikir söyləməyə alışdırmalı;

-şagirdlər sərbəstfikir söylədikləri zaman (səhvə yol versələr belə) müəllim onların tərəfinisaxlamalı,

-axıra qədər onudinləməyi bacarmalı;

-şagirdlərdə dinləmək bacarığıyaratmalı;

-şagirdlərlə ünsiyyətə girərkənqarşılıqlı münasibət yaratmalı;

-şagirdlərin dərs vaxtı bir- birinəqarşılıqlı hörmət və kömək etmələrinə şərait yaratmalı;

-dərs vaxtı lüğətdən və ya başqadidaktik vasitələrdən istifadəyə icazə verməli;

-müsbət nəticə göstərənləri müasirüsullarla qiymətləndirməli;

-sinifdə bütün tədris prosesinə nəzarətetməli;

-dilin öyrənilməsində tərəf müqabilolmalı;

-dilin öyrənilməsinistimullaşdırmalı;

-həm məsləhətçi, həm də ekspert- nəzarətçiolmalıdır.

Seminarınsonunda iştirakçı müəllimlər Azərbaycan Dillər Universitetinin sertifikatı ilətəltif olundular.

Şagirdlərdə xarici dilə olan marağınartırılması və müasir metodikanın öyrənilməsində stimul yaradan Azərbaycan DillərUniversitetinin rektoru akad. Kamal Abdullayev, seminarın təşkilində böyük roluolan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Sadıqov Mirdamət, İsmayıllırayon Təhsil Şöbəsinin müdiri Orucov Rasim və İsmayıllı rayon Təhsil Şöbəsininmüdir müavini Baxışov Rahim müəllim və iştirak edən bütün müəllim heyətinə öz təşəkkürlərimibildirirəm.


ZəhraAbdullayeva

İngilis dili təlimçisi.