Xaricdən maşın gətirmək adı ilə 300 min manatlıq dələduzluq etdi

Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Adalet.az xəbər verir ki, tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.
A.Şirvanzadə özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satan və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Yekaterinburqda öldürülən qardaşların nəşi təhvil verildi - VİDEO

Şamaxıda kürəkən qayınatasını öldürdü - YENİLƏNİB

Polisə bıçaq çəkən narkotacir zərərsizləşdirildi

Masallıda baş verən cinayət işinin motivi məlum olub - YENİLƏNİB

"Rus dili tədris edən qardaşım Rusiyada cinayətkarcasına qətlə yetirildi" - Seyfəddin Hüseynli

Yazıçılar Birliyindən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya MÜRACİƏT
