adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Mart 2020 09:55
116400
MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

"Xaricdəoxuyan azərbaycanlılar”rubrikasının növbəti qonağı Türkiyənin QaziUniversitetində "Təhsilin idarə olunması” ixtisası üzrə doktorantura təhsili alanŞəhla Aslandır.

-Azərbaycanda aldığınız təhsildən danışardınız...

- Azərbaycanda pedaqoji sahədə üç dövlət universitetibitirmişəm. Bakalavr, magistr pillərinimövcud təhsil sistemində almışam.İntəhası, hər dəfə əynimə məzun paltarını geyinəndə təəssüf hissi keçirmişəm.Ki, arzuladığım, ehtiyac duyduğum təhsili almadan diplom verilib. Mənimsə universitetlərinverdiyi diploma yox, keyfiyyətli təhsilə ehtiyacım vardı. Fərqindəydim ki, buehtiyacı hazırki təhsil sistemi qarşılaya bilməyəcək. Sahibləndiyim ixtisasdandərs demək üçün yenə də məsələn, məntiq suallarını cavablandırmalı olacam. İmtahanınikinci mərhələsində ya filankəsin qohumu olmalı, ya da aidiati adamları"görməli” olacağam. Mənsə, bu gərəksiz mərhələlərdə vaxt itirməkdənsə, bakalavrzamanından başlayaraq müxtəlif qəzetlərdə yazılar yazmağa, kitablar redaktəetməyə başladım. Maddi ehtiyaclarıqarşılaya bilmək üçün eyni zamanda bir neçə yerdə çalışmaq gərəkirdi. Təsəllimyaradıcı işlərlə məşğul olmağım idi. Sonraki dövrlərdə (2010-cu ildənbaşlayaraq) jurnalistika sahəsində fəaliyyət göstərməyə başladım.Aktiv jurnalistika fəaliyyəti zamanı maddiyyatməsələsində çox əziyyət çəkməyi tələb etsə də, sonraki illər üçün faydalıtəcrübə oldu, eyni zamanda həm ölkə daxildə, həm də xaricdə özümə mənəvi xəzinəhesab etdiyim çox sayda dostlar qazandırdı.

Məhztəhsil sahəsində mütəxəssisləşmə istəyi illər ərzində məni rahat buraxmadı. Hərzaman dünyada keyfiyyət baxımından öndə olan univeristetləri araşdırır, qəbulqaydalarıyla maraqlanırdım. Təəssüf ki, maddi imkansızlıq təhsil almaqsərhədimi Azərbaycanla çərçivələmişdi. Eyni zamanda oxumalı və işləməli idim.Beləcə, magistratura təhsilimi də Azərbaycanda almalı oldum. Yoldaşlarşahiddir, bu məsələdə çox əzab çəkirdim. Dünyada gedən yeniliklərdən xəbərinvar, xalqın gələcək taleyi sənidüşündürür, ehtiraz edirsən,düşüncələrin dəyişməsini istəyirsən, amma səsin eşidilmir. Bu baxımdan, təhsilsistemində dünya standartlarının tətbiq olunması üçün məhz xaricdə təhsil almışistedadlı, bilikli, bacarıqlı gənclərimizinidarəciliyə cəlb edilməsinin hər zaman tərəfdarı olmuşam.Eyni zamandaözüm də xaricdə təhsil almaq arzusunda olmuşam. Bir çox universitetlərin qəbulşərtlərini ödəyə bilirdim, bircə təhsil haqqından başqa! Bax, bu madiyyatsıxıntısı illər ərzində istədiyim yerdə təhsil almağıma əngəl olmuşdu. Və birgün...

-Türkiyəyə yol göründü?

- Bəli, 2017-ciildə magistratura təhsili üçün Türkiyənin Mərmərə Universitetinə müraciətetdim, jurnalistika ixtisasına qəbul oldum. Madiyyata görə qəbuldan imtina etməyə məcburoldum. 2019-cu ildə dostların tövsiyəsiylə doktorantura təhsili almaq üçünmüraciət etdim. Bu dəfə istədiyim şəhərdə, istədiyim universitetdə və istədiyimixtisasa qəbul oldum. İmtina etmədim, çünki dövlətin təqaüd proqramını daqazanmışdım.

-Niyə Ankara?

- Ankarapaytaxt şəhərdi. Türkiyə dövlətini idarə edilməsində önəmli hesab olunan bütünqurumlar bu şəhərdədir. Müxtəlifsahələrdə əhəmiyyətli qərarlar məhz bu şəhərdən verilir, eyni zamanda çox sayda universitetlər buradayerləşir, təhsil sahəsində mühüm konfranslar, seminarlar mərkəzdə həyatakeçirilir. Dolayısıyla sən bütün bunların iştirakçısı olursan. Məsələn, buyaxında Türkiyənin dövlət başçısının iştirakı ilə ölkənin ən böyükkitabxanasının açılışına şahid olduq. Bunlardan əlavə, təhsil sahəsindəTürkiyədə ilk 10-luqda olan Qazi universiteti də məhz Ankarada yerləşir. Ənönəmlisi, təhsil aldığım ixtisas (Təhsilin idarə olunması) Qazi Universitetində yüksək səviyyədə tədrisolunur. Bu ixtisasdan məzun olan çoxsayda insan hazırda Türkiyənin təhsil siyasətini həyata keçirən insanlardı.Türkiyənin hazırki Təhsil naziri də məhz bu bölümdən məzun olub. Öncə, busəbəblərdən Ankarada təhsil almağı seçdim. Sonradan çox sayda önəmli səbəblərdə yarandı. Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu. Ümumiyyətlə, paytaxt şəhərdə yaşamağınavantajları çoxdur.

-Məişət qayğılarınızı necə həll edirsiniz?

- Sağolsun, Türkiyə dövləti, xarici tələbələrə bu məsələrdə təqaüd vastitəsiylədəstək olur. Dövlət tətbiq etdiyi təqaüd proqramıylaölkəsində qonaq olan xaricitələbələrin məişət qayğılarındanuzaqlaşıb, rahat beyinlə dərs oxuya bilməsi, fürsətləri dəyərləndirə bilməsiüçün bir sıra imkanlar yaradır. Bundan əlavə, burada tələbələrə çox sahələrdəgüzəştlər tətbiq edilir; Yeməkdə, ictimai nəqliyyatda, kinoda, teatrda,kitabxanada və s. Biz də dövlətin bizlərə yaratdığı imkanlardanyararlanaraq, daim minnətdarlıq hissiyləxəyalında olduğumuz təhsili alıb, tələbə həyatımızı yaşayırıq. Bu günAnkaradayıq, gələcəkdə fürsət yaranacaqsa, akademik araşdırmalar aparmağa başqadövlətlərə də gedərik. Məqsəd təhsilin idarə fedilməsi sahəsində mütəxəssis olmaqdır.

-Türkiyə təhsil sistemində oxumaqda hər hansıçətinlik varmı?

- Busistemdə təhsil almaq ilk günlər bir az çətin görsənsə də, sonrakı həftələr buqayğının yerini böyük bir məmnunluq hissi aldı. Sonradan fərqinə vardım ki, ilkgünlər məni sıxan, düşüncəmi məşğul edən o hissin adı darıxmaq imiş. Ailəndən,doğmalarından, dostlarından, alışqanlıqlardan uzaqlaşıb yeni bir şəhərdə fərqlibir mühitdə yaşamağa başlayırsan. Bu sənin hər zaman arzuladığın bir şey olsada, adaptasiya müddəti zaman alır.

Türkiyə bizəqardaş ölkədir. Təhsil sahəsini müqayisə etmək gərəkirsə, çox fərqliliklər görərik.Son illər Türkiyədə təhsil çox inkişaf edib.Bu gün Türkiyə ali məktəbləridünyanın nüfuzlu ali məktəbləri ilə rəqabət aparır. Ciddi təhsil layihələrihəyata keçirilir. İstər keyfiyyətin yüksəldilməsi, istərsə də tələbəni məmnunetmə yolunda çox uğurlu addımlar atır. Universitet müəllimləri öz şəxsiinkişaflarına çox əmək sərf ediblər. Dərs aldığım professorların xaricidövlətlərdə pedaqoji təcrübələri var, bir neçə xarici dil bilirlər. Mürəkkəbşeyləri belə sadə dillə izah edirlər.Təhsil sahəsində dünyada baş verən bütünyeniliklərdən xəbərləri var. Haqqında cildlərlə yazılan şeyləri onlar bir neçəcümləylə izah edə bilirlər. Tədris zamanı fərqli üsullardan istifadə edirlər.Vacib məsələ bax, budur.Xarici tələbələrə xüsusi həssaslıqla yanaşırlar. Bütünbunların nəticəsidir ki,2018-2019-cutədris ilində Türkiyədə tam olaraq 154.505 xarici tələbə təhsil alıb. Beləcə,Türkiyə dövləti tələbəyə arzu olunan təhsil verməklə yanaşı, dilini,mədəniyyətini dünyaya tanıtmış olur. Belə olan təqdirdə nə üçün Azərbaycantəhsili qardaş dediyi, ərazi baxımından da uzaq olmayan Türkiyə təhsili iləbütün parametrlərdə unifikasiya olunmasın?!

-Türkiyənin yerli televiziyası olan KonTV-dəçalışırsınız. Bu işə necə başladınız, layihəniz özünü doğrulda bilirmi?

- Türkiyəyəgəldiyim ilk günlərdən media sahəsindəkidostlarımız vəsiləsiylə bir çox yerlərdən iş təklifləri almışdım.Bunu bir azgecikdirmə səbəbim, daha çox dərslərəvaxt ayırmağımla bağlı oldu. Düşündüm, ilk semestr bitsin, imtanların nəticələrinəgörə qərar verim; Bəlkə bu sistemdə oxumaq mənə çox ağır olacaq, davam edəbilməyəcəyəm?! İlk semestr bitdi, nəticələr çox yaxşı oldu. Müəllimlərimiz dərazı qaldılar. Yanvar tətilində KonTV-dən gələn təklifi qəbul etdim. Buradayeni verilişə başladıq. Verlişin formatınının məhz belə olması mənim istəyimləoldu. Sağ olsun, kanal rəhbərliyi razılaşdı. Yeni başlamağımıza baxmayaraq,uğur işartıları görünür. Lahiyəmiz vasitəsiylə xarici tələbələrə türk dilliteleviziyada, canlı yayımda çıxış etmə təcrübəsi qazandırmış oluruq, eynizamanda Türkiyəyə dair fikirlərini paylaşırıq. Hazırda veriliş xaricilər vəyerli əhali tərəfindən maraqla qarşılanır. Davamlı olması üçün çalışırıq.

-Verilişinizdə Türkiyəni tanıdırsınız. Bəs, Azərbaycanlabağlı TV-də nəsə bir iş, layihə nəzərdə tutulurmu?

- KonTV-də hərhəftə canlı yayımlanan "Dünya Gözündə Türkiyə” verilişinin məqsədi məhz Türkiyəninburada yaşayan xarici vətəndaşlar tərəfindən tanıdılmasıdır. Yəqin ki, tanıyanlar bu faktı təsdiqləyər,fəaliyyətim zamanı həmişə Azərbaycanın tarixinə, taleyinə həsas yanaşmışam və hazırdada vətəndaşlıq missiyasını layiqli bir şəkildə yerinə yetirməyə çalışıram. Verlişimizəgəldikdə, növbəti buraxılışın Xocalı faciəsinə həsr edilməsi üçün rəhbərliyəmüraciət etdim, sağ olsunlar, qəbul etdilər. Azərbaycanlı qonağımla Azərbaycan tarixindən danışdıq. Türkiyənin, ümumən, dünyanın tariximizəmünasibətini müzakirə etdik. İndiki halda bunları etmə imkanım var. Gələcək vaxtlardaAzərbaycan naminə hansı işləri görəbiləcəyəm, bunu qabaqcadan deməkçətindir. Fürsətim olacaqsa, dəyərləndirəcəyəm.

-Həm TV, həm də təhsil; İkisi bir arada çətinlikyaratmır?

- Zamandan düzgün şəkildə istifadə edə bilsən,çətinlik yaşanmır. Fərqindəyəm ki,Qazi universitetində və Təhsilin idarə olunmasıixtisasında doktorantura təhsili almaq asan deyilmiş. Hər həftə bu sahəninmütəxəssisləri olan professor müəllimlərimiz dərs vəsaitlərindən əlavə, uzmanlaşacağımız sahəyə aid çox saydakitablar oxumaq tövsiyə edir, eyni zamanda seminarlar, konfranslar, özünü inkişaf proqramlarında iştirak, dilbilgilərimizi zənginləşdirmək vacib şərtlərdən hesab edirlər. Hər həftə canlı yayıma veriliş hazırlamaq dazaman alır. Çalışırıq, öhdəmizə düşən işləri layiqli bir şəkildə yerinəyetirək.Bütün bunlar sevgiylə edilərsə, yorulmursan və ya yorğunluğu hissetmirsən. Daha çox hiss etdiyin sevdiyin işləri yerinə yetirməkdən aldığın həzzolur.

-Türkiyə ilə millət olaraq eyni olsaq da,fərqliliklər mütləq vardır...

- Azərbaycan və Türkiyə - hər iki ölkənin xalqlarınınböyük əksəriyyəti türklərin Oğuz boyundandır. Eyni kök və coğrafi yaxınlıqTürkiyənin Azərbaycanla yaxın dialoq qurmasını asanlaşdırır, amma akademik dilçox fərqlidir.Bir çox sahələrdə fərqliliklər də vardır. Təhsil, səhiyyə,sığorta, ictimai nəqliyyat, turizm sahəsi də Azərbaycanla müqayisədə xeyliinkişaf edib.

-Türkiyə siyasəti Azərbaycanda həmişə müzakirəobyekti olub. Xüsusən, son seçkilər. Ərdoğan, İmamoğlu, İncə... Burda dainsanların fikir ayrılığına səbəb olur...

- Bu çox normal durumdur.Türkiyənin gündəmi Azərbaycan üçün hər zaman vacib mövzu olub. Eyni zamanda, TürkiyəCümhuriyyəti də Azərbaycanı hər vaxt xüsusi bir maraqla müşahidə edib.Bu günTürkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Hər iki ölkədəprezident seçilən dövlət başçısının birinci olaraq qardaş respublikaya getməsiənənəvi hal alıb və simvolik əhəmiyyət daşıyır. Türkiyə - Azərbaycanəlaqələri strateji ortaqlıqanlayışını tam mənasıyla daşıyır. Son illərdəiki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıqbağının bir göstəricisidir. Azərbaycan və Türkiyə arasında əlaqələrin beləsəviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə,sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, Türkdünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühümamillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafındankeçir.

-Burdan baxanda Türkiyədəkilərin hamsını az qalaözümüzə qardaş bilirik. Onların gözündə biz necəyik?

- "Bir millət,iki dövlət” olaraq səciyyələndirilən Türkiyə və Azərbaycan dövlətləriarasındakı qarşılıqlı münasibətlər dərin tarixi köklər üzərində yüksəlir.Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digərqarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib,sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.Bildiyiniz kimiAzərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır.Buradayaşadığım müddətdə şəxsən qarşılaşdığım münasibətlərə əsaslanıb deyə bilərəmki,Türkiyə əhalisi tərəfindən iki dost və qardaş ölkə arasında siyasi, mədəni,ictimai-iqtisadi əlaqələr çox yaxşı səviyyədə seyr edilməkdə və dəyərləndirilməkdədir.Türkiyəəhalisindən azərbaycanlı tələbələrə münasibətdə ən çox eşitdiyim, "Sizlərburada bizlərə əmanətsiniz, sizləri sağ-salamat oxudub, ailələrinizə təhfilvermək bizim vəzifəmizdir” fikridir. Türkiyədə özümü evimdə olduğu kimi rahatvə təhlükəsiz hesab edirəm.

-Bir ara Azərbaycanda ədəbiyyat saytıişlədirdiniz...

- Manera.az artıq 5 ildir ki, fasiləsiz də fəaliyyətgöstərir, hər gün yeni materilarla yenilənir. Yenə diqqətim üzərindədir, ammadaha çox redaktorumuz məşğul olur.

-Həm də ədəbiyyat adamısınız. Son zamanlar bu sahəsizdə ikinci plana düşmüş kimi görünür. Bu tükənməkdir, özünü tapmamaqdır, yahansısa başqa səbəb?

Ədəbiyyatın ikinci plana düşməsi münkün deyil. Hərgün ədəbiyyat adına nələrsə oxuyuram. Bu oxuma indiyə qədərki oxumaqdan tamamiyləfərqlidir. Qazi (müəllimlərimiz) bizəeyni zamanda nəyi necə oxumağı peşəkar şəkildə öyrədir.İndiyə qədər bizəheç bir zaman faydalı olmayacaq bilgilərlə beynimizi çox məşğul edirmişik.Əslində, əsl oxunası kitablarlardan xəbərsizmişik. Tam məsuliyyətimlə deyirəm,Azərbaycanda bizim ədəbiyyat adına yazdıqlarımız o "cızma-qara”larıdostlarımızdan başqa heç kim oxumur. Böyükyazıçılarımızı belə burada çox az adam tanıyır. Demək, haradasa səhv edirik, oxunmuruq,tanınmırıq. Buradakı çox saylı zəngin kitabxanaları, kitab kafelərindəkiinsanların kitaba münasibətini görəndə adamhəqiqəti dərk edir. Həftə sonları valideynlər kiçik yaşlı uşaqları iləkitab almağa gedirlər. Artıq bu vərdiş halını alıb. Evə yemək üçün ərzaq alındığıkimi, burada ailələr eləcə kitab alırlar. Bu bir ehtiyacdır, artıq. Bizdə oehtiyac çox az insanda hiss oluna bilər. Kitab oxumaqdan ləzzət almırsansa, busənə lazım deyil. Bu məsələdə Ankaradaiki dəfə çox təccübləndim; Bir kitab sərgisində yazarların imza mərasiminəgələn insanların müəllifə kitab imzalatdırmaq üçün saatlarla sırada durduğunugörəndə, bir də meyvə-tərəvəz bazarının bir hissəsində kitab satışınında təşkiledildiyini gördük də.Bazarda bir müddət müşahidə etdim; yaşlı bir kişi gəldi,bir qədər kartof-soğan aldı, sonra kitab masasına yaxınlaşdı bir neçə kitabalıb yoluna davam etdi. Bəli, bu oxumaq ehtiyacıdır.Qazidə müəllimin olan Prof.Dr. Necati Cemaloğlunun ildə bir neçə kitabı yüksək tirajla azı on dəfə çapagedir. Çapdan bir həftə sonra kitabdükkanlarında o kitabı tapmaq olmur, hamısı satılıb artıq. Eləcə də digər yazarların kitabları. Deməkistəyirəm ki, bütün bunları gördükdən sonra adam utanır deməyə ki, mənim də 300nüsxəlik hekayələr kitabım çap olunub və ya çap olunmağa yenə materialım var.Hazırki prosesdə daha çox oxumağa üstünlük verirəm, ola bilər ki, yazmağa hazır olanda burada çap edərik.


Söhbətləşdi: Emin PİRİ