adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Noyabr 2019 10:55
96559
MÜSAHİBƏ

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Son illər xaricdətəhsil alan gənclərimizin sayı sürətlə artır. Bu həm ölkəmizin inkişafı, həm dəxaricdə təmsil olunması üçün gözəl imkandır.

Xaricdə təhsilalan və bizi orada0 təmsil edənlərdən biri də Bünyamin Kazımovdur.O, Polşanın Varşava Milli Universitetinin Mədəni Diplomatiya ixtisası üzrəmagistratura pilləsində təhsil alır.

-Orada azərbaycanlı tələbə çoxdu?

-Bəli.Çoxu ilə də tanışıq, universitetdən, konsulluqdan. Təhsilini bitirib oradaqalanlar da var. Digər Avropa ölkələrində, İsveçdə, Norveçdə həyatını qurandostlarım da var. Əksəriyyəti də savadlı və vətənpərvər gənclərdi.

-Niyə Polşanı seçdin?

-Mənimbu ölkə ilə bağlılığım 2010-cu ildən başlayıb. O vaxt Polşanın bizdəki səfiriMixael Labenda ilə yaxşı münasibətim var idi. O da bizim mədəniyyətimiz, ədəbiyyatımızilə yaxından maraqlanırdı. Onun sayəsində Polşaya olan marağım artdı. Qardaşım Ramal Kazımov daBelçikanın Antverpen şəhərində rəssamlıq akademiyasında təhsil alır, həəmçininİtaliyanın Milan şəhərində də rəssamlıq üzrə 6 ay təhsil alıb. Atverpen vəBrüsseldə "Nəsillərin faciəsi” adlı rəsm sərgisi baş tutub, ermənilərin bizəqarşı törətdiyi qətliamlarla bağlı.

-Ora ilə bağlı nə kimi planların var?

-Tibbüzrə təhsil almaq fikrim var. Bunun üçün çalışacam, o fürsətim də var. HəmçininDiasporamızın fəaliyyətində də yaxından iştirak edirəm və bu fəaliyyətimi dahada gücləndirmək istəyirəm.

-Orada fərqli millətlərdən olan adamlar görürsən.Müşahidələrin sənə nə göstərir?

-Müşahidələrimfərqli millətlərin üzvləri arasındakı rəqabəti göstərir. Ən çox da münaqişəsiolan millətlərin biri-birilərinin səfirlikləri qarşısında mübarizələrini görürəm.Başqa ölkədə olanda insanda istər-istəməz vətənpərvərlik, dövlətçilik hissidaha da qabarıqlaşır, lap kosmopolit olsan belə. Çünki adama toxunan, təsir edənməqamlar daha çox olur və haqlı olduğunu bildiyin üçün mübarizə aparırsan.

-Ermənilərin də orda nəsə propoqandaları olur yəqin.

-Hə,olur. Elə bu yaxınlarda Polşanın Qdansk şəhərində ermənilər kinoteatrlarda birfilm nümayiş etdilə. Film Qarabağın ermənilərə aid olması ilə bağlı idi. Biz ofilmin Varşavada nümayiş olunmaması üçün düz 10 gün soyuqda, yağış altında ErmənistanınVarşavadakı səfirliyi qarşısında etiraz aksiyası keçirdik. Amma düşünürəm ki,biz mübarizəmizi bu formada aparmamalıyıq.Bizim çox yaxşı yazıçılarımız var, Qarabağ həqiqətlərini əks etdirən gözələsərlərimiz var və biz o möhtəşəm əsərləriAvropaya, dünyaya təqdim etməyi bacarmalıyıq. Bunun üçün də tərcümə işində dahafəal olmalıyıq, həmçinin yazıçılarımız öz dilimizdən başqa, dünyanın önəmlidillərindən heç olmasa birində yazmağı bacarmalıdır. Moya, Orhan Pamuk buna əngözəl nümunələrdəndi.

-Orada digər millətlərin nümayəndələrinin sizə olanmünasibəti necədir? Qarabağ münaqişəsinə münasibətləri necədir? Ümumiyyətlə,belə bir problemin olmağından nə qədər agahdılar?

-Oradagənc nəsil bu məsələ ilə bağlı demək olar heç məlumatlı deyillər. Hətta ölkəmizinyerləşdiyi yerlə bağlı da düz-əməlli məlumatları yoxdu. Bizim hələ də Rusiyanıntərkibində olduğumuzu düşünənlər də var, amma savadlı kontinqent də var.Qarabağ münaqişəsində isə daha çox ermənilərə güvənən kimi görünürlər və bunundinlə bağlı olduğunu düşünürəm. Onlar xristiandı, biz müsəlmanıq, amma biz dəonlara heç bir məsələdə radikal olmadığımızı, əksinə çox tolerant olduğumuzu,bütün dinlərin nümayəndələri bizim ölkədə rahat yaşayırlar. Onlara Qarabağmünaqişəsində haqlı olduğumuzu sübut etmək üçün keçmiş xəritələri onlara göstərirəm.Göstərirəm ki, istər çar Rusiyasının, istər Sovet dövrünün xəritələrində butorpaqların bizə məxsus olduğu göstərilib. O yerlərdəki ərazi adlarının,toponimlərin də ermənilərin yox, bizim dilimizlə bağlı olduğunu sübut edirəm.

-Orada ermənilərlə dostluq edən azərbaycanlılar var?

-Xaricdəolanda bu cür adamı məyus edən hallarlaqarşılaşırıq, bəli. Elə həmvətənlilərimiz var ki, ermənilərlə birgə işlərgörürlər, onlar üçün qazandıqları pul hər şeydən vacibdir. Buna görə Mübariz Mənsimovaböyük hörmətim var. Çünki o özü də deyir ki, dəfələrlə daha çox gəlirli olsa daermənilərlə işləməkdən imtina edib və buna görə milyonlarla pul itirib. Başqabelə adamlarımız da var, amma maddi maraqları daha üstün tutanlar adamda təəssüfhissi doğurur.

-Səncə Avropa insanı ilə bizim aramızda nə kimi fərqlərvar. Onların nə müsbət, nə mənfi keyfiyyətləri var?

-Gəncnəsil çox gözəldi, anlayışlıdı, mədənidi. Bu proses də düşünürəm ki, bütün ölkələrdəgedir. Yəqin indi bütün ölkələrdə normal gənclər biri-birinə bənzəyir, daha mədəni,daha tolerant, daha anlayışlı.


Söhbətləşdi: Ulucay Akif