adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Avqust 2020 13:05
112780
MARAQLI

Xanlar xanı Çingiz xan və İslam

Məlum olduğu kimi ərəblər Çingiz xanın müsəlman olmağı üçün çoxçalışdılar. Çingiz xan islamı qəbul etsəydi Orta Asiya qısa müddətdə müsəlmanolacaqdı. Buna səbəbdən Çingiz xanın yanına gedən ərəb elçilərlə onun arasındabelə bir danışıq olur:

-Xanlar xanı Çingiz xan, sizi İslama dəvət edirik.

-İslam dediyiniz nədir?

-Peyğəmbərimiz Məhəmməd vasitəsiylə insanlara təbliğ edilən dindir.

-Peyğəmbər kimdir?

-Yerin, göyün yaradıcısının yer üzündəki seçilmiş təmsilçisi.

-Ola bilər. Tenqrinin burdakı təmsilçisi də mənəm.

-Amma sizə bir kitab endilmədi. Peyğəmbərimizəsə Quran endirildi.

-Kitabınızda nə yazılır?

Ərəblər İxlas surəsini oxudular. Çingiz xan surənin türkcə variantınıeşitmək istədi.

"De ki, Allah birdir. Allah heç bir şeyə möhtac deyildir. Hər şey onamöhtacdır. O doğulmamışdır və doğmamışdır. Heç bir şey ondan iznsiz hərəkət edəbilməz.”

Bundan sonra Çingiz xan qəhqəhə çəkdi və dedi:

-Siz bunları hələ indi öyrənirsiniz? Biz min ildir bunu bilirik vəbelə dua edirik. Buyurun, gedə bilərsiniz.

...Çingiz xan atından enib bir məscidin qabağında dayandı. Atın yüyəsinimollaya tutdurdu və dedi:

-Bu kimin evidir?

Ordakılar cavab verdi:

-Bu, Allahın evidir.

Çingiz xan hiddətləndi.

-Susun, bütpərəstlər. Allahın evi qəlbinizdir. Onu qəlbinizdənçıxarıb ona böyük-böyük evlər tikmisiniz. Qəlbinizə isə bütün murdarlıqlarıdoldurmusunuz. Sizi elə burdaca atımın ayaqları altında əzərdim, amma buna belədəyməzsiniz.

Dilimizəuyğunlaşdıran: Emin Piri