Xankəndiyə qayıdış: görülən işlər açıqlandı
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam edir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri addımları atır, infrastruktur tam şəkildə yenidən qurulur.
Adalet.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Xankəndi şəhərində də orada daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər görülür. Dövlət Komitəsinin sədri tərəfindən komitənin inzibati binasında və bölgələrdə Xankəndi və Kərkicahan sakinləri ilə bir neçə görüş keçirilib. Onların Böyük Qayıdışla bağlı sualları cavablandırılıb, müvafiq izahlar verilib. Dövlət Komitəsinin Məşğulluq sektoru və aidiyyəti dövlət qurumları tərəfindən məşğulluqla bağlı layihələr icra edilir, sakinlər təlimlərə cəlb olunur və peşə bacarıqlarına uyğun avadanlıqla təmin edilirlər.
“İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükənin aradan qaldırılması məqsədilə təmizləmə işləri aparılır, eyni zamanda, əhali üçün maarifləndirmə tədbirləri keçirilir. Bir neçə gün əvvəl bu istiqamətdə növbəti tədbir Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə köçürüləcək ailələr üçün təşkil olunub. Dövlət Komitəsində keçirilən görüşdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri barədə məlumat verilib, mina təhlükəsinə dair videoçarxlar nümayiş etdirilib. Köç prosesi bərpa-quruculuq qrafikinə uyğun şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə köçürülməsi zamanı ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan ailələrin mərhələli qayıdışı təmin edilir. Yaşayış sahələri keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyatını təmin etmək üçün bütün sosial-texniki infrastrukturla təchiz olunub.
Digər Xəbərlər
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16


Bakı -°C

