adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Aprel 2024 09:09
828
MƏMLƏKƏT

Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır

Xəbər verdiyimiz kimi, ötən gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. 

Adalet.az-ın məlumatına görə, körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərsu" ASC-nin Qarabağ Regional Su-Kanal İdarəsində işləyirlər.

Qeyd edək ki, dünyaya gələn körpəyə İlham adı verilib.