adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Dekabr 2019 12:19
22641
GÜNDƏM

Xanın işğaldakı kəndi - 28 il...

Bir dəfə tanınmış jurnalist İlham Cəmiloğlunun doğmayurdu Xankəndi haqqında bir yazısınıoxumuşdum:" Bəzən insan ömrünün sonuna qədər doğulduğu, böyüyüb, boya-başaçatdığı yerlərdə qala bilmir, uzaqlaşır, fərqli kəndlərdə, fərqli şəhərlərdə, həttafərqli ölkələrdə yaşamalı olur. Amma nə qədər uzaqlaşsa da, hər kəsin daxilindəilk addım atdığı torpaqların qoxusu, o yurdun sevgisi qalır. Ata-baba yurdu düşməntapdağında olanların isə vətən həsrəti daha ağır olur. Gözünüdünyaya açanda gördüyün yurduna yenidən gedə bilməməyin dərdi necə də dəhşətlidir..."

Bu gün Xankəndininişğal tarixidir. İstər-istəməz xankəndili jurnalist İlham Cəmilğlunun həmin sözləri yenidən yaddaşımda canlandı. Gözlərim qarşısına yenidən Xankəndi gəldi. O Xankəndi ki...

Şəhər 28 dekabr 1991-ci il tarixində Ermənistan silahlı qüvvələritərəfindən işğal olunub, separatçı rejim yaradılıbdır. Məhs həmin tarixdə Xankəndindənsonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşıaparılan etnik təmizləmə başa çatıbdır. Xankəndinin itirilməsi Qarabağda böyükfaciələrə gedən yolun başlanğıcı olub. Beləki,qarşıda Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl,Füzuli, Qubadlı, Zəngilanın işğalına yol açılıb.

Qarabağın hər bucağı kimi Xankəndi də cənnət guşə idi. Yuxarı Qarabağın mərkəzi,Qarqar çayının sahilində, Qarabağ dağ silsiləsinin Şərq ətəyində, Bakıdan 329km aralıda yerləşən Xankəndi, Azərbaycanın inkişaf etmiş sənaye mərkəzi idi. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələrivar idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, tikintimaterilları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdənidi.

Xanın kəndi...

Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında, o dövrdə müstəqilAzərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının xanlarının istirahətüçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı da buradan yaranıb.1813-cüilədək bircə nəfər erməninin də yaşamadığı Xankəndində sonralar çar Rusiyası tərəfindənetnik təmzimləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilibdi.



SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmzimləmə siyasəti dahada güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cüildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəriXankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətinerməniləşdirilməsi siyasəti aktivləşib, 6 okytabr 1923-cü ildə ermənilərinmüraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqınaqarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakertadlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib, beləliklədə, Xankəndi erməni işğalı altına düşüb.

Sovetlər dönəminin səssizişğalı...

Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərginsalınıblar. 1988-1989-cu ildə Xankəndi artıq erməni separatizminin mərkəzinəçevrildi. Beləki, 1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisiazərbaycanlılardan xeyli çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq40 min nəfərədək artmışdılar.

Xankəndi-Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub. 150nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Şəhid olanlardan 3-ü qadın, 2-siazyaşlı uşaqdır. İşğal nəticəsində Xankəndində iki orta məktəb, uşaq bağçası,kitabxana, klub, ATS, tibb ambulatoriyası, on dükan, müxtəlif istehsal sahələrinəaid olan beş sex və digər məişət-iaşə obyekti dağıdılıb.



Təəssüf ki,bu gün işğal tarixləri qeyd olunarkən Xankəndinin işğalı bir çox hallardaunudulur.

Yazımınsonunda xankəndili jurnalist İlham Cəmiloğlununinamla, sevgi ilə yazdığı bu sətirləri də nəzərinizə catdırıram:”Bütünvarlığımızla qəribsədiyimiz Xankəndi torpağında dünyaya gələn yeni xankədililərinmübarək qədəmlərinin də şahidi olacağıq. Ötən illərin ağrı-acılarından, neçə onilliklərboyu ermənilərin azərbaycanlılara xəyanətindən və bütün bunların müqabilindəaldığımız həyat dərsindən onlar da xəbərdar olacaqlar. Köhnə xankəndililərdən fərqliolaraq yeni xankəndililər sovet rejiminin məngənəsində sıxılan, günü-gündənsüni şəkildə erməniləşdiriən, türk qanına susamış Şaumyanın adını daşıyan şəhərinsakinləri yox, müstəqil Azərbaycanın Xankəndi şəhərinin sakinləri olacaq”.

İnşallah,İlham müəllim!

ƏntiqəRəşid