adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2019 17:43
31452
ŞOU-BİZNES

"Xanəndə kimi oxusam, dolana bilmərəm" - Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlu "Ədalət" qəzetinin suallarını cavablandırıb.

-Şəbnəm xanım, mart ayında Talıb Tale ilə birlikdə konsert proqramı ilə çıxışetdiniz. Yaxın gələcəkdə solo konsert nəzərdə tutulurmu?

-Bir neçə gün öncə Həştərxan vilayətində də solo konsert proqramı ilə çıxışetdim. Həşrətxanın dövlət filarmoniyasındakı konsertimdə ən azı beş yüz nəfərtamaşaçı var idi. Düzdür, Həştərxan balaca şəhər olsa da, xeyli azərbaycanlıyaşayır. Oradakı soydaşlarımızdan çox böyük səmimiyyət gördüm. Konsert ərzindədaha çox xalq mahnılarımızı oxudum.

-Səmimiyyətdən söz düşmüşkən belə bir sual verim. Azərbaycandakı konsertlərinizəgələn tamaşaçılar daha səmimidirlər, yoxsa Rusiyadakı soydaşlarımız?

-Düzünü desəm, orada daha çox səmimiyyət, sevgi görürəm. Amma sanki Bakıdamüğənnidən, ifaçıdan doymuş kimi bir hal var. Burada tamaşaçı istədiyi vaxt şouproqrama gedib istədiyi müğənnini görə bilir. Hərçənd ki, mən şou proqramagetmirəm və getməmişəm. Amma bizi toylarda görürlər. Moksvada da bir azgözütoxluq var, müğənnilər oranı su yolu ediblər.

- Hər halda Tarkan belə Moskvada toya gedir...

- Bəli, elədir. Amma Moskvada müğənniyə qarşı o həsrətyoxdur. Ancaq nisbətən qıraq şəhərlərdə səmimiyyət çox yüksəkdir.

- Bildirdiniz ki, şou proqramlara getmirsiniz. Olabilərmi ki, bir müddət sonra toylara da getməyəsiniz və ancaq konsert, səhnəmüğənnisi kimi fəaliyyətinizi davam etdirəsiniz?

- Son 7-8 ildə peşəkar səhnəyə addım atmışam,efirlərdəyəm və bu müddət ərzində Azərbaycanda beş solo konsertim olub. Sonkonsertim də Yaşıl Teatrda oldu. Azərbaycanda konsertlə qonorar əldə etməkqeyri-mümkündür. Məsələn, Moskada 1500 nəfərlik konsert etdim və gedəndəqonorar məbləğimi deyib getmişdim. Ancaq burada çox çətindir. Sırf konsertlədolanmaq olmur. Yaşıl Teatr 2500 nəfər tamaşaçı tutur və biletlərin hamısısatılmışdı. Amma yenə də öz büdcəmdən pul xərcləməli oldum.

- Bəlkə icazə xərcləri çox yüksəkdir?

- Bəli, bu da səbəbdir. Amma eyni zamanda həmtəşkilatçı var idi, həm də reklama xeyli məbləğdə pul getdi. Bizdə konsertyoxdur, ancaq toy var.

- Bir müddət öncə sizi tənqid edən sənət adamlarınacavab vermişdiniz.

- İnsanı durduğu yerdə qıraqdan qıcıqlandırırlar. Beləolmaz. Allah adama nə ruzi veribsə odur. Kimsə mənim ruzimi əlimdən ala bilməz.Xanəndəliyi bitirmişəm, sırf muğam ifaçısı da olaram. Ancaq dolana bilmərəmaxı. Nə olsun ki, həyat yoldaşım var. Bəs mən bir xanım kimi öz ayağımınüstündə dayanmalıyam axı.

- Ancaq kifayət qədər xanəndələr var ki, yaxşı qonorarda alırlar. Hətta onların bir çoxu kişi ifaçılardır.

- Bəli, onların da öz sevənləri var. Məgər ElnarəAbdullayeva qazanmırmı? Əlbəttə, qazanır. Sadəcə, mənim yaşım da o xanəndələrinyaşı deyil axı. Məsələn, bu yaxınlarda İctimai Televiziyada Saleh Bağırovunverilişinin qonağı oldum. O verilişə hər müğənni, hər ifaçı dəvət edilmir. Bu,Salehin dəvəti ilə baş tutdu. Dedi ki, səni illərdir tanıyıram, fərqli yönlərdəifalarına da bələdəm, gəl, ifalarını xalqa göstər. Mən də o verilişdə ancaqxalq və bəstəkar mahnıları ifa etdim. Verilişdə öz ifalarımdan birini dəoxumadım.

- Muğam oxumağı yadırğamamısınız ki?

- Xeyr, hamısı yadımdadır. Görün orada necə ifalaretmişəm. Amma bəzi yaşıdlarım olan ifaçılar çıxıb deyirlər ki, Şəbnəmə hardanotuz milyon baxış oldu? Düşünmür ki, Azərbaycan bir həftə əvvəl on milyon olub.Amma bunun İranı var, Özbəkistanı, digər türkdilli xalqları var. Türkiyədə,Rusiyada xeyli azərbaycanlılarımız yaşayır. Məni də istəyən ölkədən kənardayaşayan azərbaycanlılardır da. Rusiyanın istənilən şəhərində təyyarədən düşəndəavtomobilə əyləşirəm. Baxırsan ki, çox səviyyəli, elit adamdır, amma Üzeyiri,Şəbnəmi, Damlanı, Türkanı, Vasif Əzimovu, Talıb Taleni dinləyir . Yəni meyvəsatıcısı da bizimdir, soydaşımızdır. Amma hər halda bizi dinləyən ağıllıadamdır ki, bu maşını sürür də. Nazir olmasa da, ağıllıdır. Ancaq bizi tənqidedənləri Rusiyada bir dəfə də eşitməmişik. Bəs bunu niyə demirlər? Bizitənqidlə yanaşı, həm də təhqir edirlər. HƏmin təhqir həm də bizi dinləyənlərəçatır.

- Çəkdiyiniz adlar oxşar, yaxud eyni janrınifaçılarıdır. Eyni zamanda sizinlə rəqabət aparan böyük bir qrup var. Sizin özaranızda rəqabət gedirmi?

- Rəqabət mütləq olmalıdır. Hər kəs öz məhsulunuortaya qoyur. Məsələn, bu gün 3-4 min pul verib mahnı almışam, əgər sabahavtomobillərdə, radiolarda o mahnını eşidirəmsə, deməli, uğurlu alınıb.Mənimçün göstərici budur.

- Sizcə, bu 5-6 nəfərdən ilk addım atanlar kimlərdir?

- Demək olar ki, ilk dəfə mən bu cür mahnıları ifaetdim. Məndən sonra Talıbın, ardınca Damla, ondan sonra Damla və Pərviz, VasifƏzimov gəldilər. Ancaq məndən 6-7 ay əvvəl Üzeyir Mehdizadə Aygün kazımova iləduet oxumuşdu. Ancaq onların duetindən sonra mənim "Lazım" mahnımşəhərdə daha çox məşhurlaşdı.

- Mümkündürmü ki, nə vaxtsa rusca, ingiliscə, italyancamahnılar oxuyasınız?

- İstəsəm,çalışsam müxtəlif dillərdə oxuya bilərəm.Allah dil də verib, ağıl da, zəka da. Bəzi fanatlar da bu barədə yazırlar.Ancaq özümün ərəbcə mahnı oxumağa fikrim daha çoxdur. Çünkiboğazlarda da müəyyən yaxınlıq var.

İntiqamVALEHOĞLU