adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
01 Oktyabr 2019 17:25
19345
ELM VƏ TƏHSİL

Xalq yazıçısı Kamal Abdulla Yaradıcılıq fakültəsinin tələbələrinə mühazirə oxuyub

AzərbaycanDillər Universitetində (ADU) Yaradıcılıq fakültəsinin 1-ci kurs tələbələri iləgörüş keçirilib. Təhsil ocağının rektoru, akademik, Xalqyazıçısı Kamal Abdulla fakültənin yaradılmasının məqsədindən danışıb və qeydedib ki, Yaradıcılıq fakültəsi ədəbiyyat, fəlsəfə və digər incəsənət sahələrinindaha dərindən mənimsənilməsi üçün tələbələrə yeni imkanlar yaradacaq. Rektorun sözlərinəgörə, ədəbi prosesləri və ədəbi istiqamətləri yaxından izləmək, yeni ədəbihadisələrin təhlilini aparmaq, yaradıcılıq imkanlarını artırmaq məhz ədəbiyyatlayaxından əlaqəsi olan və bu işlə ciddi şəkildə məşğul olanlar üçün ilkin vəvacib şərtlərdəndir:

"Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinədeyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlərmeydana gəlir. Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onunduyğu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak edir. Bu da bir həqiqətdirki, yaradıcılıq prosesində təxəyyülün rolu daha qabarıq şəkildə özünü göstərir.Xüsusilə bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. Hərbir ədəbi–bədii əsər ideya-məzmuna malik olur. Sənətkar yazıçı bu ideyanıelmi əsərlərdəkindən fərqli olaraq, konkret obrazların vasitəsilə əks etdirir.Ədəbi-bədii yaradıcılıqda mühüm rol oynayan təxəyyülün gücü onda ifadə edilmirki, sənətkar həyati reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin, əksinəyazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, onlar özlərinin həyatiqavrayışlarını həyatın tələblərinə, özünün ideyasına uyğun bir şəkildə elə dəyişdirir,birləşdirir, yenidən işləyir ki, tamamilə yeni, əyani obrazlar yarada bilirlər.”

K. Abdulla tələbələrəbilik və bacarıqlarından düzgün şəkildə istifadə etmək və dünyagörüşlərinin zənginləşməsiüçün çoxlu mütaliə etməyin vacibliyindən də danışıb:

"Kitabın cəmiyyət üçün faydası böyükdür. Bufaydanı biz gündəlik həyatımızda, işimizdə görürük. Ona görə də ədəbiyyat adamıolmaq istəyən hər kəs çoxlu kitab oxumalıdır. Davamlı şəkildə, sistemli şəkildəoxumaq həm doğru, həm də asan yoldur”.

Qədim Yunanmifologiyasından, ilkin dünyagörüşü formalarından, fəlsəfi qaynaqlardan sözaçan rektor, tələbələrə bu mövzuda mühazirə oxuyub.

Qeyd edək ki,Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan vəböyük marağa səbəb olan Yaradıcılıq fakültəsi qısa fasilədən sonra yenidən,daha təkmilləşmiş formada təşkil olunub.

Fakültədə dərslərhəftədə 4 dəfə olmaqla 4 akademik saat təşkil edir. Tələbələrə xarici dil(ingilis, rus), Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, mədəniyyətşünaslıq,mifologiya, fəlsəfə və s. fənlər keçiləcək, eyni zamanda, yazmaq sənəti iləbağlı ustad dərsləri, praktiki məşğələlər, tanınmış imza sahibləri ilə görüşlər,müxtəlif sənət mərkəzlərinə ekspedisiyalar təşkil ediləcək.