Xalq artisti min dollara pişik aldı
Xalq artisti Səməd Səmədov özünə min dollara pişik alıb.
Adalet.az axşam.az-a istnadən xəbər verir ki, müğənni bu haqda "Showtime" verilişində deyib.
O bildirib ki, pişiyi Moskvadan alıb:
"İt ilindənəm. Heyvanları sevirəm. İndi onlara bağban qulluq edir. İtlərim məni qocalmağa qoymur. Onlarla dəniz kənarında qaçır, tərləyirəm".
S.Səmədov Rusiyada yaşayan oğlundan danışıb:
"Oğlum bizneslə məşğuldur. Üç qız övladı var. Dördüncü qızı yoldadır, yaxın günlərdə doğulacaq".