adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 13:45
68
ŞOU-BİZNES
A- A+

Xalq artisti: “Efirdə sənin yerin görünmürsə...”

Xalq artisti Ağadadaş Ağayev bu gün efir məkanlarında baş verənlərdən danışıb.

Adalet.az bildirir ki, o tez-tez efirlərdə görünməyi səhv addım hesab edib:

“Bu gün efirlərdə səviyyə o qədər aşağı düşüb ki, utanıram gedib orda çıxış etməyə. Təsadüfən səninlə birgə elə adamı efirə qonaq dəvət edirlər ki,  nə danışmağa, nə maarifçiliyi meylin olur.  Belə olan halda tamaşaçıya heç nə ötürə bilmirsən. O zaman mənim bir ifaçı kimi efirdə olmağımın heç bir mənası olmur. Efirdə sənin yerin görünmürsə, sən orda olmamalısan. Efirlərə hər dəvət alanda gəlmək səhv addımdır. Tamaşaçı intizarda olmalıdır. Müğənni hər dəfə efirə gələndə yeni ifa təqdim etməlidir”.

Əntiqə