adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Avqust 2019 13:53
19473
SİYASƏT

Xalid KAZIMLI: Türk dünyasının Nelson Mandelası

Reyqanın Qorbaçovdan azadlığa buraxılmasını şəxsən tələb etdiyi, Kuçmanın ikiəlli görüşdüyü, Yuşşenkonun baş əydiyi, Poroşenkonun dönə-dönə minnətdarlıq etdiyi, Putinin görüşmək xahişi etdiyi, Gül və Ərdoğanın öz iqamətgahlarında böyük hörmətlə qarşıladığı, Obamanın sammitdə öz yerindən qalxıb yanına getdiyi Mustafa Cəmilov (Krımoğlu) Ukraynada vitse-spiker postuna namizəd göstərilib. Türk dünyasının Nelson Mandelası, sarsılmaz iradə yiyəsi...




AQİL ABBASDAN: Xalid bəy,1991-ci ilin əvvəli idi. Elçibəylə Yazıçılarİttifaqının qarşısındakı bağdarastlaşdıq. Qol-qola girib bağda xeylivar-gəl elədik, dərdləşdik. Söhbət zamanı dedim ki, müəllim, siz Türkdünyasının ən böyük oğlusunuz. Güldü və dedi:

- Ay Aqil, sən Mustafa Cəmilov adlıadam eşitmisən?

Dedim ki, yaxşı tanımıram, amma haqqında eşitmişəm. Özü də deyəsən həbsxanadadı. Və onu da bilirəm ki, həbsxanadaola-ola Krımda ən böyük prospektə onunadını verilblər. Sovetlər dönəmindəbu qeyri-adi hadisə idi.

Elçibəy:

- Ay Aqil, Mustafa Cəmilovu yaxşıöyrən. Türk dünyasının ənböyük şəxsiyyəti odur. Mən olsa-olsa onun tələbəsi olaram.

Sonra Bəyin icazəsi iləhəmin dərdləşməni müsahibə şəklində«Ədalət»də çap elədim.

Və bir də zarafatla gülə-gülə soruşdu:

- Ay Aqil, deyirlər sənadamın əlinin içinəbaxıb taleyini oxuya bilirsən, düzdür?

- Müəllim, bir azşişirdirlər.

Sağ əlini açıb dedi:

- Bax, gör orda nə yazılıb?

Dedim:

- Müəllim, heç əlinizə baxmaq lazım deyil, ağlınıza yazılıb ki,prezident olacaqsız.

Təxminən belə dedim .

Və bunu da müsahibədə qeyd eləmişdim. Arxivdənhəmin qəzeti tapıb surətini sənəgöndərəcəm.