adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Noyabr 2015 16:22
4129
MƏMLƏKƏT

“Xalça günü” qeyd edilib

Qubada Xalça Dünyası Assosiasiyası İctimaiBirliyi "Xalça günü”nü qeyd edib. Birlik Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınındəstəyilə icra etdiyi "Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsiçərçivəsində növbəti tədbirini keçirib.

Quba rayonu Mədəniyyət Evində baş tutantədbirdə xalçaçı qadınlar və bu peşəyə yiyələnmək istəyən gənc qızlar,Mədəniyyət Evinin işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Birliyin sədriFatimət Ağamirzəyeva layihə çərçivəsində təşkil olunan növbəti tədbirin "Xalçagünü”nə təsadüf etdiyini bildirib və bu gün haqqında iştirakçılara məlumatverib.

 F. Ağamirzəyeva bildirib ki, xalça sənəti Azərbaycan dövlətinin daim diqqətmərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünyamədəniyyətinin tərkibinə daxil edilib. Heydər Əliyev Fondunun prezidenti,birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycanxalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin ReprezentativSiyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sıölkəmizdə Xalça günü kimi qeyd edilsin.

 QHT sədri Quba xalçaçılıq məktəbinin dünyada tanınması, Qubaxalça mərkəzinin üç hissəyə -dağlıq, dağətəyi və ovalıq hissələrə bölünməsi, Quba xalçalarının geniş naxış müxtəlifliyi, naxışvə bəzəklərin həndəsi naxışlardan ibarət ornamentləri haqqında geniş məlumatverib. Tədbir İştirakçılarını bu sahədəmaraqlandıran suallar Birlik sədri tərəfindən ətraflı cavablandırılıb.

 Sonra tibb bacısı Sara Fərzəliyeva xalçaçıqadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların aradanqaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumigigiyena barədə maarifləndirici məlumatlar veriblər.

 Xalçaçı qadınlarla peşə xəstəliklərinə aidmüzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub.Onlara işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlikdəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayətedilməsi tövsiyə olunub.

 QHT sədri tədbir iştirakçılarına tibbişçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibbpaketləri paylayıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmıştəlimati materiallar və metodiki göstərişlər də paylanılıb.