adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Oktyabr 2017 10:01
15193
MƏMLƏKƏT

Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib

İnsan alveri ilə məşğul olan cinayətkarlar yalançınikahlardan da istifadə edirlər.

Bufikirlər"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfindən Xaçmaz rayonunda insan alveri iləbağlı təşkil olunan maarifləndirmə tədbirindəsəsləndirilib.

TədbirAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Məlumatlı ol ki, insanalveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.


Tədbirigiriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasivə hümanitarməsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Şıxəliyeva rayonda insan alveri iləbağlı həyata keçirilən tədbirlər haqqında məlumat verərək, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatlarıilə aparılan əməkdaşlığı yüksək qiymətləndirib. Bu istiqamətdə müxtəlifqurumların birgə fəaliyyətinin vacib olduğunu bildirib.

"AiləDünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Məlumatlı ol ki, insan alveri qurbanıolmayasan” layihəsi haqqında geniş məlumat verərək bildirib ki, insan alveri iləbağlı maarifləndirmə fəaliyyəti çərçivəsindənmüxtəlif aksiyalar keçirilib, bukletlər, yaddaş kitabçaları hazırlanıb və eynizamanda hüquqi yardımlar göstərilib. Təşkilat rəhbəri insan alveri haqqındageniş məlumat verərək, onun potensial qurbanları və həyata keçirilmə yollarıhaqqında məlumat verib.

Gülayə Səfərova insan alverinin qurbanı olmuş şəxslərin həyathekayələri haqqında bəzi məqamları görüş iştirakçılarına çatdırmaqla, insanalveri ilə məşğul olan mütəşəkkil cinayətkarqrupların həyata keçirdiyi müxtəlifmetodlar haqqında geniş informasiya verib. Bu prosesdə yalançı evliliklər istifadəolunaraq "həyat yoldaşı” tərəfindən xanımının cinsi istismara cəlb olunduğuhaqqında faktların da mövcud olduğubildirilib.

Ekspert qeydedib ki, əksər hallarda insan alverinin qurbanları öz qohumları, qonşuları və rəfiqələri tərəfində tora salınır. Çünki buprosesdə psixoloji məqamlar əsas roloynayır. Bununla yanaşı təşkilat tərəfindən hazırlanmış insan alevri ilə bağlı Yaddaşkitabçaları iştirakçılara təqdim olunub.

Təşkilat rəhbəri əlavə edib ki, insan alveri dedikdə cinsi istismarilə yanaşı məcburi əməyə cəlb edilmə də başa düşülür. Bununla da bağlı Azərbaycandafaktlar mövcuddur.

Xaçmazrayon Polis Şöbəsinin əməkdaşı polis leytenantı Emin Nəhmətov rayonda buistiqamətə görülən tədbirlərdən danışıb və qeyd edib ki, insan alverinə qarşımübarizə dövlət qurumları ilə yanaşı hər bir vətəndaşın dəstəyi həll edici vəmühümdür.

Dahasonra görüş iştirakçılarını maraqlandıran məsələlər ilə bağlı əlavə informasiyaverilib.