Vüsalə Məmmədova UNEC-in mətbuat katibi postundan ayrıldı
"Bu gün çox sevdiyim işimdən ayrılıram. Burada çalışdığım 4 il 5 ay tək mənim üçün deyil, müstəqil Azərbaycanın təhsil tarixi üçün önəmli dönəm idi. "Narxoz” adlanan bir qurum qısa zamanda UNİVERSİTETƏ çevrildi və bütün bu dəyişikliklər zamanı mən bu universitetin PR şöbəsinə rəhbərlik edirdim. Dünən möcüzə sandıqlarının bu gün surətlə reallaşmasını izləmək və bu önəmli missiyanın bir parçası olmaq əla təcrübə idi. Əminəm ki, UNEC-in bu təcrübəsi öyrəniləcək və digər universitetlərə də tətbiq ediləcək”.
Adalet.az xəbər verir ki, bu sözləri UNEC-in mətbuat katibi postundan ayrılan Vüsalə Məmmədova bildirib.
Onun sözlərinə görə, UNEC-dən rahat və şərəflə ayrılır.
"Yeni PR-çımız üçün UNEC-in 2020-ci ilə qədər olan PR strategiyasını hazırlamışam. Hazırlamaq məndən, icra etmək ondan. Mən başqa layihədə davam edəcəm. Amma strategiyanın müəllifi olduğum üçün dəstəyimi əsirgəməyəcəm.
UNEC həm də mənə çox dəyərli insanlar qazandırdı. Zatən bu həyatdan tək qazancımız insalardır. Sizi tanıdığım üçün mutluyam dostlar!
Bundan sonraya gəlincə, həyatımın son 4 ilini rəsmi olaraq PR-la, işdən sonra mətbuatla məşğul olmuşam. İşdən sonra olsa da Lent.az-la birlikdə dörd böyük layihə işləmişəm, iki kitaba imza atmışam.
Bundan sonra isə əksinə olacaq. İş yerim mətbuat olacaq, işdən sonra isə PR-la məşğul olacam.
Bu illər ərzində əməkdaşlıq etdiyim hər kəsə təşəkkür edirəm. UNEC-lə bağlı bütün məsələlərdəRamil Jabbarovla əlaqə saxlaya bilərlər”.
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12