Vurğun Əyyubun namizədliyi irəli sürüldü
Müsavat Partiyasının Suraxanı rayon təşkilatı yenidən partiya məclisinin sabiq üzvü Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürüb.
Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin verdiyi məlumata görə, 26 aprel saat 17:00-da rayonun şura iclası keçirilib. İclasda Vurğun Əyyubun da deputatlığa namizədlik məsələsi müzakirə olunub. Müzakirələrin sonunda şura tərəfindən V.Əyyubun namizədliyi 30 saylı Suraxanı birinci seçki dairəsindən irəli sürülüb.
Qeyd edək ki, V.Əyyubun deputatlığa namizədliyi daha öncə də Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülsə də, bu qərar partiyanın Mərkəzi Nəzarət-təftiş Komissiyası tərəfindən ləğv edilmişdi.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19