adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Dekabr 2017 10:10
105920
MÜSAHİBƏ

Vurğun Əyyub: "Məktəblər müəllimlərin maaş aldığı yerə çevrilib"

Müsahibimiz filologiya elmlər namizədi, 1992-93 illərdəTQDK-nın sədri, hal-hazırda Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat Departamentininrəhbəri Vurğun Əyyubla Aqil Abbasın dərdləşməsi.

- Əvvəla necəsiz, bəy?

- Sağ olun, yaxşıyam, əgər 60 yaşınproblemlərini nəzərə almasaq...

- Siyasətdən tamamilə uzaqlaşıb təhsilə keçmisiz,yoxsa?

- Yox, niyə ki? Həm həll etməkistədiyimiz problemlər həll olunmamış qalır, həm də siyasət bizim həyat tərzimizə çevrilib.

- Amma görürəm ki, o qədər də siyasətəqarışmırsınız...

- Görünür ardıcıl izləmirsiniz.Hər halda Azərbaycanda və dünyada gedən proseslərə, baş verən hadisələrə 1-cimüavini olduğum Azərbaycan Demokratiya və Rifah Hərəkatı siyasi partiyalardandaha çox və operativ mövqe bildirir.

- Bəs, niyə partiyaya çevrilmirsiniz?

- Ona Hərəkatın üzvləri qərarverməlidir. Hələ ki, Hərəkat forması bizi qane edir. Sənədlərimizi qeydiyyatüçün Ədliyyə nazirliyinə vermişik. Hərçənd ki, qanunla bizə bir dəfədən artıqirad tutula bilməz, amma artıq dördüncü dəfədir irad tutur, qeydiyyataalmırlar. İşi Ali məhkəməyə vermişik,alınmasa Avropa məhkəməsinə də verəcəyik.


- Bəs Müsavat partiyasında nələr baş verir?

- Açığı onları izləmirəm, heçbir əlaqəm də yoxdur. Kənardan müşahidəçi kimi soruşursunuzsa, deyim. Gözlədiklərimdənkənar heç nə baş vermir. Müsavatda demokratik dəyərlərə və ənənələrə məhəlqoymayanlar gec-tez partiyanı belə acınacaqlı duruma gətirib çıxaracaqdılar.

- Bu günün təhsili haqqında nə deyə bilərsiniz?Əsas da orta məktəblər haqqında.

- Təhsilimiz acınacaqlıdurumdadır. Azərbaycanda orta məktəblər, sadəcə olaraq müəllimlərin maaş aldığıyerə çevrilib. Orta məktəblər öz funksiyasını itirib. Onagörə də repetitorların sayı artıb.

- Məsələn, bizim kənddə repetitor yoxdur. Bəs repetitor olmayan kənd,pulu olmayan adamlar neyləsin?

- Orta məktəblər öz üzərinə düşənfunksiyaları yerinə yetirməlidirlər. Məktəb yalnız təhsil yox, həm də tərbiyə ocağıdır. Məktəbirepetitor məşğələləri əvəzləyib. Əslində mən repetitorluğun əleyhinə deyiləm. Problemməktəblərin öz funksiyasını yerinə yetirə bilmədiyindən repetitorlara ehtiyacınyaranmasındadır. Mənim təklifim budur ki, hökümət belə bir qərar çıxarsın:repetitorluq edən şəxslər məktəbdə çalışa bilməz. Çünki bu adamlar enerjilərinirepetitorluğa sərf edirlər deyə, dərs demək marağında olmurlar. Ya da dərskeçmirlər ki, onun yanına hazırlığa gəlsinlər. (Hər yerdə olduğu kimi, buradada istisnalar var, lakin ümumən, vəziyyət belədir.) Məncə, belə bir qəraraehtiyac var. Əgər orta məktəbdə təhsil yaxşı olmasa, nə yaxşı mütəxəssisləryetişər, nə də yaxşı vətəndaş. Bilirəm,bu ağır prosesdir. Amma ağır xəstəliklərin də əlacı olur.


-Bəy, deməli, belə çıxdı ki, Sovet sistemi mənasız idi, bizə heçnəvermədi. Götürək Xudu Məmmədovu. 18 yaşında orta məktəbi bitirdi, 34 yaşındaelmlər doktoru kimi dünyada tanınırdı. Yaxud Rafiq Əliyev, Fərəməz Maqsudov vəs. 25 ildir Baloniya sisteminə keçmişik. Bəs yaxşı, niyə indi Xudu Məmmədovkimi adamlar yetişmir?

- Bilirsiniz, istənilən pissistemdə istedadlı adamlar olur.

- İndi yoxdur?

- Var, amma Azərbaycanda deyillər.Bayaq İradə xanıma da deyirdim, Hacəttəpə Universitetinin xəstəxanasınagetmişdim. Təkcə urologiya şöbəsində yeddiyə yaxın gənc Azərbaycanlı işləyir.

- Biz də Ankarada xəstəxanada olanda da dedilər ki,burada gənc azərbaycanlılar çalışır, ürək əməliyyatı həyata keçirirlər, bizim rəhbərliyimizaltında.

- Gələk Baloniya sisteminə. Avropabir vaxt ayıldı ki, təhsil səviyyəsi Amerikanınkından aşağıdır. SəviyyəniAmerikaya çatdırmaq üçün belə bir proses başlatdılar. Təhsilimizi idarə edənlərbunu mexaniki şəkildə gətirdilər bizə. Bu prosesin mahiyyətini, mexanizmini, hədəfləriniali məktəb müəllimlərinin əksəriyyəti bilmir. Bir çox professorlarladanışmışam, soruşmuşam ki, Boloniya prosesindən nə başa düşürsünüz? Kimisi lağaqoyur, kimisi onun lazımsız olduğunu deyir, kimisi də sadəcə çiyinlərini çəkir.Mahiyyətini bilmədiyin şeyi necə tətbiq edə bilərsən, axı? Bir sözlə, ali məktəbmüəllimləri Boloniya sisteminə hazır deyillər. Hökümət də bu sistemin tələblərinəəməl eləmir. Boloniya sisteminin tələblərindən fərqli olaraq bizdə professor müəllimheyətinin dərs saatı çox, maaşı isə olduqca azdır. Dərs saatı ilə yüklənən, əvəzindəisə az maaş alan müəllim dolanmaq üçün bir neçə yerdə dərs deməyə qaçır, onunelmlə məşğul olmağa, pedaqoq kimi öz üzərində çalışmağa vaxtı qalmır.

- Son vaxtlar elə gözəl məktəblər yaradılıb ki, eləbilirsən, Ermitajdı. Hər şeyi var, isti siniflər, kompüter otaqları, kompüterlər.Amma kompüterdən anlayan müəllim yoxdur. Keçmişdə ixtisas artırma kursları varidi. Yeni metodlarla müəllimləri oxutmaq mümkün deyilmi?

- Dediyiniz məktəblər var,amma onlarda yüksək səviyyədə dərs deyən müəllimlər, onları idarə edə biləndirektorlar, rəhbərlər azdır. Sovetlərin son onilliklərində həminixtisasartırma kursları formal idi. Biraylıq kursa göndərilən müəllimlərin çoxu 3-5 gün dərslərdə oturardı, sonarpulunu verib, evinə qaçardı. Sonunda o kurslar da dağıldı. Son 5-6 ildəanladılar ki, o kursları nəsə əvəz etməlidir. Beləliklə, orta məktəb müəllimlərinintəkmilləşdirilməsi, metodiki-pedaqojiyeniliklərdən onları agah etmək üçün müxtəlif layihələrə start verildi. Məsələn,Xəzər Universitetində kurikulum tələblərinin müəllimlərə öyrədilməsi, məktəbdirektoru olmaq istəyənlərə təlim kursları lahiyələri həyata keçirilir. Çox dauğurlu alındı. Amma bunlar azdır.


- Belə deyirlər ki, test üsulu ləğv oluna bilər. Azərbaycanatesti gətirmiş insansınız, qüsurlar nədədir?

- Birincisi, deyim ki, idealbir sistem yoxdur. Test sisteminin də özünə görə qüsurları var. İş burasındadırki, müəllimlər öz günahlarını da bu sistemin üzərinə atırlar. Müəllimlər testsualları hazırlamaqda çətinlik çəkirlər. Bizimkilər təxminən belə suallarhazırlayırlar: Qacar filan yerə nə vaxt yürüş edib? Vaqif neçənci ildə doğulub?Bu tipli suallar yaddaşı yoxlayır. Ona görə də belə bir fikir formalaşıb ki,test sistemi tapmacadır. Amma suallar nəzəri bilikləri, məntiqi dəyoxlamalıdır. Test suallarının hazırlanması xüsusi bir elmdir. Üç il qabaq Xəzəruniversitetinə Türkiyədən biliklərin qiymətləndirilməsi üzrə mütəxəssis dəvətetmişdik. Onun apardığı təlimlərdə olan müəllimlər başlarını tuturdular ki, testsuallarının hazırlanmasına dair nə qədər tələblər var imiş?

İkincisi, kim deyir ki, biliyi ancaq qapalısuallarla yoxlamaq lazımdır. Başqa üsullar da var ki, onlardan da istifadə etməklazımdır.

Test sistemini ləğv etmirlər.Amma çox çalışırlar və bəzi hallarda da nail olurlar ki, bu sistemə müdaxiləimkanları əldə etsinlər. Bu sistemdə edilən dəyişikliklərin hamısını top-tüfəngləqarşılamaq düz deyil. Məleykə Abbaszadənin rəhbər olduğu dövrdə xeyli yeniliklər oldu. Amma vacib bir iş dəgörülməli idi, təəssüf ki, görülmədi. İmtahanları ikimərhələli sistemlə aparmaqlazımdır. Bu nə deməkdir? Orta məktəbdə 8 əsas fənn tədris olunur. İndiki haldaşagirdlər yalnız seçdikləri ixtisasa uyğun dərslərə hazırlaşırlar, o biri dərslərdəisə çox zaman heç oturmurlar da. Ona görədə imtahanların 1-ci mərhələsində şagirdlərin 8 əsas fənn üzrə bilikləriniyoxlamaq, müəyyən bir bal həddi müəyyənləşdirmək lazımdır. (Burada orta məktəbinburaxılış imtahanları ilə dediyim 1-ci mərhələ imtahanlarını birləşdirmək olar.Filan qədər bal toplayan kamal attestatı ala bilər, ondan aşağı toplayanlar isəyox.) Həmin bal həddini keçənlər 2-ci mərhələyə buraxılır və konkret olaraqseçdikləri ixtisas üzrə fənnlərdən imtahan verirlər. İndiki halda isə abituriyentlər yalnız seçdikləriixtisaslara uyğun fənnlərdən imtahan verirlər ki, orta məktəblərin özfunksiyasını yerinə yetirməmələrinin bir səbəbi də burdadır. Soruşa bilərsinizki, niyə o zaman bunu özünüz tətbiq etmədiniz? O zaman imtahanların testsistemi ilə keçirilməsi təcrübəmiz,maddi-texniki bazamız yox idi. Amma gələcəkdə belə bir sistemə keçəcəyimizi məndəfələrlə müsahibələrimdə demişdim.

- Maraqlıdır...

- Bizim quracağımız sistem beləolacaqdı. Təəssüf ki, bu illər ərzində bu işi görmədilər. Deyəsən, gələn ildənbuna oxşar nəsə etmək istəyirlər.

- Son illər Təhsil Nazirliyində keçirilənislahatlardan xoşum gəlir. Xüsusilə də peşə məktəblərinin bərpası məsələsində.Dəfələrlə qəzetimdə də yazmışam ki, peşə məktəbləri niyə bərpa olunmur? Bu dəqiqəpeşə sahiblərinə ehtiyac var.

- Tamamilə haqlısınız. Köhnəpeşə məktəblərinin maddi-texniki bazası müasir tələblərə cavab vermirdi. Onlarıdağıtmaq əvəzinə yeniləmək olardı. Bu gün müasir bilikli texniki işçilərə çoxehtiyac duyulur.Məsələn, Sovet dövründə evlərdə kombi yox idi, indi hər evdəkombi var. Amma yaxşı kombi ustası tapmaq çətindir.

- Bir adam var, BDU-nu qırmızı diplomla bitirib, müəllimdir.Amma elə həmin il onu işə götürmək üçün imtahan eləyirlər. Məncə, bu absurd birşeydir, mənasızdır. Əgər verdiyin qırmızı diploma inanmırsansa onda oUniversitet nəyə lazımdır? Yox, əgər inanırsansa niyə imtahan götürürsən? Heçolmasa, 4-5 il sonra ola, başa düşərsən ki, ola bilər universiteti bitirən müəllimiyoxlayırlar ki, yeniliklərdən xəbəri var, ya yox. Sizcə bu nə dərəcədədüzgündür?

- Razıyam, absurd bir şeydir. İşüçün müraciət edənlər arasında müsabiqə elan etmək, seçmək bir şeydir, onlarınbiliklərini yenidən yoxlamaq başqa bir şeydir. Attestasiyanı tələbə məzunolduqdan bir neçə il sonra aparmaq lazımdır.

- Sovet vaxtında təyinat sistemi var idi. İndi müəllimlər, həkimlərrayonlara işləməyə getmir.

- Bu günkü siyasi-ictimai münasibətlərsistemində təyinat sistemi özünüdoğrultmadığından aradan qalxdı. Gənc mütəxəssislərin rayonlara getməsi üçünhökumət ardıcıl addımlar atmalı, bölgələriişləmək üçün cazibədar, maraqlı, əlverişli etməlidir. Bu sahədə yarımçıq olsada, müəyyən addımlar atılıb. Məsələn, TəhsilNazirliyi ixtisas seçimində müəllimliyi birinci seçən yuxarı bal toplamış şəxslərəayda 100 manat təqaüd verir. Bu, bilikliabituriyentlərin, oğlan uşaqlarının müəllimlik peşəsinə cəlb edilməsi üçün çoxuğurlu addımdır. Müəllim və həkimlərin rayonlarımızda çalışması üçün cəlbedicigüzəştlər, imtiyazlar tətbiq edilməlidir. Xüsusən, tibb işçiləri üçün. Tibbişçilərinin rəsmi maaşı 180-200 manatdır. Bu maaşla ömrünün 10 ilini tibboxumağa sərf etmiş birini təyinatla Ağcabədiyə necə göndərmək olar?


Bəzən məni sərt danışmaqdaqınayırlar. Ona görə sərt danışıram ki, millətin gələcəyi quruda, sudaçıxarılan neftdə, qazda deyil. Millətin gələcəyi onun təhsilindədir. Bu il büdcəmizdəntəhsilə 2 milyard pul ayrıldı. Nəzərə alsaq ki, təxminən, 150 min müəllim var,pulun 80 faizi onların maaşına gedəcək. Yerdə qalan iyirmi faizlə təhsil necəinkişaf eləsin? Gürcüstanda təhsilə çəkilən xərc adambaşına 125 dollardırsa,bizdə 120 dollardır. Az da olsa fərqdir.Hökümət təhsil siyasətində köklü dəyişiklik etməlidir. Elm, təhsil zəiflədirsə, fanatizmə yol açılır.Bu gün fanatik dindarlar az qala adamın üstünə tank sürsünlər.

- Siz də əziyyət çəkirsiniz deyəsən...

- Sosial şəbəkələrdə birisi məscidin,dinin, İranın əleyhinə bir söz yazan kimi onun üstünə qarğa-quzğun kimitökülürlər. Bunun hamısı təhsil səviyyəsinin aşağı olmasındandır.

- Ədəbiyyat dərsliklərində demək olar ki, müasir dövrün şair,yazıçıları haqqında heçnə yoxdur.

- Elə deyil, müasirlər də var. Sadəcə,lazım olmayan adamların lazımsız əsərləri var. Aqil Abbasa görə demirəm. Bu günQarabağ müharibəsi haqqında ən yaxşı əsərlərdən biri "Dolu”dur. Niyə orta məktəbdərsliklərinə salınmasın? Niyə biz alternative dərsliklərin yazılmasından və nəşrindənbu qədər qorxmalıyıq?

Mənimyadımdadır, 1971-72-ci illərdə 5-ci siniflər üçün iki Azərbaycan dili dərsliyiburaxıldı. Birini Səlim Cəfərov yazmışdı, birini isə Bəşir Əhmədov. Məktəblərəverildi ki, istifadə edin və fikrinizi bildirin. Əksəriyyəti Bəşir Əhmədovunkitabının tərəfində oldu. 10 il əvvəl dərsliklərlə bağlı bir araşdırma apardıq.Tarix dərslikləri ilə tanış olanda gördüm ki, 7-ci sinif üçün iki tarix dərsliyinəşr edilib. Birini hansısa fond maliyyələşdirmişdi, orta məktəb müəllimi vəbir alim yazmışdı, o birini isə akademiyanın tarix institunun adlı-sanlı alimləriyazmışdı. Rəyini soruşduğumuz orta məktəb müəllimlərinin 90 faizi fondun maliyyələşdirdiyi dərsliyin tərəfindəidi. Dərsliyə mən də baxmışdım, yüksək səviyyəli dərslik idi. Quru faktlaryığını yox, şagirdi düşünməyə vadar edən dərslikdi. , Bir ildən sonar TəhsilNazirliyi həmin dərsliyi qadağan etdi. Niyə,nə səbəbə? Zəif dərsliyi qadağan etməyə gücün çatmırsa, qoy o zaman müəllimin əlindəiki, üç dərslik olsun, müəllim özü seçim etsin. Bir də ki, dərslik müəllim üçünyox, şagird üçündür.

Dərsliklərin yazılması üçünmeyarlar, standartlar yenidən işlənməli, geniş və ciddi müzakirələrdən sonar qəbuledilməli, ictimaiyyətə elan olunmalıdır. Dərsliklər də həmin tələblər, meyarlarəsasında yazılmalı, ciddi müzakirələrdənkeçməli və şəffaf şəkildə qiymətləndirilməlidir.O zaman dərsliklərdən şikayətlərin xeyli dərəcədə azaldığının şahidi olacağıq.

- Vurğun bəy, imtahanlar ödənişli sistemə keçib.Bununla bağlı nə deyə bilərsiniz?

- Dövlət İmtahan Mərkəziniartıq dövlət yox, özü özünü maliyyələşdirir. Bu barədə narazılıqlar əsassızdır.DİM nə etməlidir, çəkdiyi xərcləri kimdən almalıdır? O qədər işçini necəsaxlamalıdır? Bəlkə ödənişin həcmi barədə mübahisə etmək olar. Maliyyəçilərhesablaya bilər ki, tələb olunan məbləğ çoxdur, ya yox? Sovet dövründə Bakıyaimtahan verməyə gələn abituriyentin yanında ən azından bir nəfər də -atası, yaanası, ya da bacı-qardaşı- gəlirdi. Azından bir ay Bakıda kirayədə yaşayır,xeyli xərc çəkirdilər. İndi vətəndaşlarımız belə xərclərdən azaddırlar. O xərclərinmüqabilində DİM-in təyin etdiyi ödənişdənnarazılıq bir az demoqogiya xarakteri daşıyır.

- Sizcə, yeni təhsil naziri kim ola bilər?

- Bu suala cavabım yoxdur,çünki onu mən təyin etmirəm. Kimin nazir olacağının da mənim üçün fərqi yoxdur.Hesab edirəm ki, hakimiyyətin təhsilə yanaşması dəyişməyincə, o vəzifədə kiminoturmasının köklü fərqi olmayacaq. Amma müşahidə etdiyim bir məsələ bir tərəfdəngülüş, o biri tərəfdən heyrət doğurur. Mikayıl Cabbarov Təhsil naziri təyinolunanda çoxları deyirdi ki, o təhsil işçisi deyil, təhsil adamı olmayanbirinin təhsil naziri olması mümkün deyil. (Deyim ki, mən heç də hesab etmirəmki, təhsil naziri mütləq təhsil işçisi olmalıdır.) İndi görürəm ki, həminadamlar təhsilə dəxli olmayan birisinin nazir olmasını ciddi-cəhdləarzulayırlar. Belə yanaşma cəmiyyətimizin hansı vəziyyətdə olduğunun göstəricisidir.

- Müsahibənizin birində dediniz ki, redaktoru olduğumkitablarda redaktor başqasının adı gedir. Bu sizi narahat eləmir?

- Yox, xüsusi bir narahatlıqkeçirmirəm. Məni 1993-cü ildə təkcə tutduğum vəzifədən yox, işlədiyim Pedaqojiuniversitetdən də çıxardılar. Ta 2009-cu ilə kimi bir yerdə işləməyə imkan vermədilər.Hətta Akademiyanın Ədəbiyyat İnstitununo zamankı rəhbərliyinə dedim ki, mənim alimliyimi də əlimdən almayıblar ki?Akademiyada tələbə yoxdur ki, onları hansısa siyasi fəaliyyətə cəlb edim. İmkanverin gəlib burada elmi fəaliyyətimi davam etdirim, maaş alım. Cavabları bu oldu ki, səni çox istəyirik, ammabaşımızı dərdə soxma, səni işə götürməyə qorxuruq. Mən də məcbur olub qeyri-hökumət təşkilatlarınınlahiyələrində iştirak edirdim, kitab redaktəsi ilə məşğul olurdum. Həminkitabları nəşr edənləri təzyiqə məruz qoymamaq üçün bəzən redaktor kimi adımıyazmırdıq, ya da başqasının adını yazırdıq, qonorarını mən alırdım. Sonralar,Qarsda işlədiyim zamanlarda Qanun nəşriyyatınıntəklifi ilə Markesin "Yüz ilin tənhalığı”nı, Elif Şafakın "İsgəndər”ini və birneçə bədii əsərin redaktorluğunu etdim. Onlarda artıq redaktor kimi öz adımyazılıb. İndinin özündə də redaktə işi ailə büdcəmin mühüm hissəsini təşkiledir.

Emin Akif