Vokalçılar müsabiqəsinin qalibləri açıqlandı
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinə yekun vurulub.
Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, final mərhələsində Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və Qazaxıstandan olan 12 nəfər iştirakçı dünya klassik operalarından ariyaları səsləndirib. İfaçıları Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq Artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Xalq artistləri, professorlar Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq Artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar İncəsənət Xadimi Dmitri Vdovin qiymətləndirib.
Müsabiqənin Qran-Pri mükafatına Minə Kurtoğlu (Türkiyə), birinci yerə Anastasiya Barun (Rusiya), Georgi Çelidze (Gürcüstan), ikinci yerə Mariya Buynosova (Rusiya), Stanislav Li (Qazaxıstan), üçüncü yerə Yuliya Zasimova (Ukrayna), Umid İsrailov (Özbəkistan), Elnarə Məmmədova (Azərbaycan) layiq görülüblər.
Həmçinin müsabiqə iştirakçılarından Yuliya Tkaçenko (Ukrayna), Anna Şapovalova (Rusiya) və Ketevan Sixarulidzeyə (Gürcüstan) xüsusi diplom təqdim edilib. Ümid İsrailov (Özbəkistan) ən yaxşı tenor, Elza İslamova (Rusiya) Bülbül romanslarının ən yaxşı ifaçısı, Yuliya Kərimova (Azərbaycan), Sergey Semyonov (Rusiya) və Sergey Çeçetko (Rusiya) ən yaxşı konsertmeyster seçilib.
Azərbaycandan olan gənc vokalçı Mahir Tağızadə isə "Ümid” diplomu ilə təltif olunaraq Varşavanın Böyük Teatrında keçiriləcək ustad dərslərinə vəsiqə qazanıb.
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33