Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərimi qəbul edin.
Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi.
Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da möhkəmlənəcək.
Sizə və Sizin silahdaşlarınıza yeni-yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və rifah arzu edirəm".
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59