adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2019 13:05
41959
MƏMLƏKƏT

Vilayət Quliyev: Şuşanı Şuşa edən insanları yaşatmalıyıq…

Universitetdə bizə Qərbi Avropaədəbiyyatını professor Əkbər Ağayev tədris edirdi. Son dərəcə geniş biliyə,gözəl ədəbiyyat duyumuna, müstəsna nitq qabiliyyətinə malik idi. XIX əsrfransız ədəbiyyatını çox sevirdi. Balzakın "Şaqren dərisi"ndən elə danışırdı,sanki bu dərinin necə kiçildiyini gözlərinlə görürdün. Madam Bovarinin ölümünüelə təsvir edirdi ki, qadının özünü zəhərlədiyi mərgümüşün acısını ağzında hissedirdin..Jan Valjanla səfilliyin iztirablarını yaşayırdın...

Sonra birlikdə Nizami adına Ədəbiyyat İnstitutunda işlədik. Şöbədə, çay masasıarxasında, ya da İnstitutun koridorlarında çevrəsində həmişə şirinsöhbətlərinə, dərin ədəbi təhlillərinə qulaq kəsilən aspirantlar,dissertantlar olurdu...

Amma gözəl danışmağına rəğmən az yazırdı. İndi düşünürəm: bəlkə dəyanında bir stenoqrafçı olsaydı, dediklərini yazsaydı, ortaya neçə cild kitabçıxarmaq olardı...

1985-ci ildə Əkbər müəllimin 70 illiyini qeyd etdik. Elmi Şuranın yubileyiclasından sonra məclis o zaman Bakının ən "elit" restoranı sayılan"Zümrüd"da davam etdirilirdi.

Natiqlər hamısı Əkbər müəllimə uzun ömür arzulayır, 75, 80, 100 illikyubileylərində də iştirak etmək arzularını dilə gətirirdilər.

Sonra Firudin Şuşinski söz aldı. O da Əkbər müəllim kimi köklü-köməcli şuşalıidi və dostluqlarının qədim tarixi vardı.

Nitqinə müqəddiməsiz başladı:
-Osman Sarıvəllinin çoox...
Və burada uzun bir pauza verdi.
Adətən belə pauzalardan sonra "gözəl", "müdrik" və s.epitetlərdən biri gəldiyi üçün məclisdəkilər yəqin ki, növbəti monotonnitqə qulaq asacaqlarını düşünürdülər.
Amma Firudin Şuşinski hamı kimi şablon sözlər desəydi, daha Firudin Şuşinskiolmazdı ki!

Nitqinin ardını yadımda qaldığı qədər belə davam etdirdi:

...çoox axmaq bir şeiri var. Deyir, "Hər kəs yüz il yaşamasa, günah onunözündədir". Əkbər, sözüm sənədir:. Alim yüz il yaşaya bilməz. Ağıllıadam yüz il yaşaya bilməz. Millətinin dərdini çəkən adam yüz il yaşaya bilməz.Dövrün, dünyanın gərdişini görən, anlayan adam yüz il il yaşaya bilməz.Dağdakı çoban yüz il yaşayar. Rüşvətxor JEK müdiri, yekəqarın kolxoz sədri yüzil yaşayar. Abırsız, həyasız, mənəviyyatsız adam yüz il yaşayar. Bir də deyirəm- düşünən adam yüz il yaşaya bilməz. Sən yaxşı yaşamısan. 70 il az ömür deyil.Bundan sonra sənə beş il, uzağı on il gözəl, mənalı, dolğun ömür arzulayıram.Amma bir şərtlə ki, vaxtını danışmaqla keçirməyəsən, yazasan, ortaya kitab,əsər qoyasan. Yoxsa, o sroku da azaldaram.

Firudin Şuşinskinin nitqi o qədər gözlənilməz idi, yubiley əhvalı ilə elədissonans yaradırdı ki, bir anlığa hamı nə edəcəyini bilmədi, yalnız Əkbərmüəllim gülə-gülə köhnə dostunu bağrına basanda salonda alqış səsləri eşidildi.

Əkbər müəllim o yubileydən sonra cəmisi 3 il yaşadı. Bəlkə də xoşbəxt adam idi.Şuşanın işğalını görmədi...

Firudin Şuşinski isə bu dəhşətli tarixin şahidi oldu. Bəlkə ölümünüsürətləndirən amillərdən biri də 

Şuşa itkisi idi...
Şuşanı itirdik.

Şuşanın təkrarsızllğınl yaşadan, Şuşaya kolorit verən insanları itirdik.

Ora qayıda bilmək üçün hərəmiz ürəyimizdə bir Şuşa, onun tarixini, ŞuşanıŞuşa edən insanları yaşatmalıyıq…

***

İki gün doğulduğum, ömrümün ilk 17 ilinikeçirdiyim kənddə oldum. Sovet dövrünün statistikasına görə sakinlərinin sayıon min nəfəri aşan, Vətənə Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı,Əfqanıstan müharibəsi veteranı, Qarabağ şəhidi, akademik,general, neçəprofessor, yazıçı, hətta çempion verən kənddə... Və oradan çox böyük kədərhissi ilə ayrıldım. Təkcə kədər yox, həm də dəhşət hissi ilə. Çünkiəvvəlki səfərlərdən fərqli olaraq bu dəfə heç kəs mənimlə Qarabağ haqdadanışmadı, Qarabağdan sual vermədi, "Müəllim, bu işin axırı necəolacaq?"- deyə soruşmadı. Cavanlar hücum əmri gözlədiklərini demədilər.Ağsaqqallar "ermənilər həmişə qapımızda nökərçilik edib" - deyəboş-boş qürrələnmədilər. Və mən dəhşət içində düşündüm ki, deyəsən,insanlarımız işğalla barışırlar, Qarabağı unudurlar... Həqiqi məğlubiyyətdə məhz belə əhval-ruhiyyənin şüurlarda kök salmasından başlayır...Çox istərdimki, düşüncələrim yanlış və aldadıcı olsun!