adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Avqust 2015 14:09
5025
MƏMLƏKƏT

“Vətənimə xidmət edirəm” layihəsinə start veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında GənclərFondunun və "İrəli” İctimai Birliyinin dəstəyi, Altunay Əsgərin təşkilatçılığıilə həyata keçirilən "Vətənimə xidmət edirəm” layihəsinə start veriləcək.

Adalet.az xəbər verir ki, layihənin məqsədi tutduğu vəzifəsindən, mövqeyindənvə əqidəsindən asılı olmayaraq vətənə əzmlə xidmət etmək prinsiplərini təbliğedərək gənclərdə vətənpərvərlik ruhunu yüksəltməkdir.

Bildiyimiz kimi son zamanlarda uğurla həyatakeçirilən "Azərbaycan Gənclər Siyasəti”nin bir istiqaməti də çağırışa qədərki vəhəqiqi hərbi xidmətdə olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilikprinsiplərinin təbliğ olunması və onların ruh yükəsliyinin qaldırılmasıdır.Bundan irəli gələrək layihə çərçivəsində çəkiləcək olan video çarxda yuxarıda qeyd etdiyimiz prinsiplərin gənclərarasında təbliği nəzərdə tutulub. Ərsəyə gələcək olan video çarxda gördüyü işdənasılı olmayaraq vətəninə, xalqına ləyaqətlə ximdət edən insanlar cəmiyyətə birnümunə kimi təqdim ediləcəkdir. Sözügedən video çarxda müxtəlif peşə sahibləri(hərbiçi, müəllim, bağban, satıcı, jurnalist, tələbə, rəssam, dərzi, çörəkçi, həkim,polis, gəmiçi və s.) bir araya gələrək hərəsi öz sahəsində vətəninə layiqli vətəndaşkimi necə xidmət etdiyini nümayiş etdirəcək. Layihənin ana ideyası vətənpərvərliyinvə vətənə xidmətin əsgər səngərləyirlə sərhədlənmədiyini göstərmək və vətənəxidməti hər birimizin gündəlik həyat tərzinə çevirməkdir.