adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2017 12:49
28490
GÜNDƏM

Vətən uğurunda şəhid olan İGİDİMİZ

Atın məni tankaltına

Qarşımdakı bir körpəni xilasedim!

Səni, onu xilas edim!

Məmməd Araz

18aprel - bu gün Nazim Cəbrayılovun xatirə günüdür. Qarabağda hamının tanıyıbhörmət etdiyi Nazim İbrahim oğlu Cəbrayılov Qarabağ torpağının azadlığı uğrundaöz şirin canından keçdi. 18 aprel1994-cü il 18 aprel2017-ci il. İllər keçəcək, qərinələr ötəcək, qan yaddaşımızdaNazim kimi qəhrəmanlarımız əbədi yaşayacaq.

Vətən,torpaq, yurdsevərlərimizin çoxu şəhid oldu bu elan olunmamış Qarabağ müharibəsində Nazim Cəbrayılov kimi.

Ehtiyatdaolan leytenant Nazim Cəbrayılov N saylı hərbi hissədə hərbi xidmətə başladı. Azvaxt ərzində öz döyüş yoldaşları arasında özünün təşkilatçılıq bacarığı,qorxmazlığı ilə fərqlənən Nazim Cəbrayılov neçə-neçə döyüşlərdə nümunəgöstərdi. Sonradan N hərbi hissədə taqımkomandiri kimi hərbi xidmətini davam etdirərək Cəvahirli, Kosalar,Salahlı-Kəngərli kəndləri uğrunda gedən döyüşlərdə düşmənin bir neçətexnikasının, canlı qüvvəsinin məhv edilməsində cəsurluq göstərmişdir. Budöyüşlərdə o, zabit heyəti içərisində özünün komandirlərə xas, dərin hərbibilik, döyüşdə hadisələrin gedişini əvvəlcədən duyub lazımi tədbirlər görməkqabiliyyətinə malik, tabeliyindəki şəxsi heyətə qarşı ədalətli və qayğıkeş birkomandir kimi göstərmişdir. Nazim suveren, müstəqil Azərbaycanın dövlətmənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda öz borcunulayiqincə yerinə yetirmişdir.

Hələşəhidlik zirvəsindən öncəki günlərdən missal gətirək. 13 aprel 1994-cü iltarixdə saat 6-00 radələrində bir BTR və 50 əsgər ilə düşmən Cavahirli kəndiyaxınlığında yerləşən, Nazim Cəbrayılovun komandiri olduğu taqım üzərinə hücumakeçmişdir.

Nazimindüzgün komandirliyi nəticəsində düşmənin bir BTR-i və 30 əsgəri məhv edilmiş vətaqımın dəyanəti nəticəsində düşmən əsgərlərinin cəsədini belə aparabilməmişdir.

Buhücumun müvəffəqiyyətlə qarşısının alınması nəticəsində düşmən nəzərdə tutduğuhücum əməliyyatını genişləndirə bilməmiş və ağır itki verərək geri çəkilməyəməcbur olmuşdur.

Naziminkomandirlik etdiyi taqımın əsgərləri Kosalar, Cəvahirli, Salahlı, kəngərli vəbaşqa kəndlərin düşməndən dəf edilməsində və müdafiəsində igidliklə dayanmış,uğurla keçirilmiş əməliyyatlarda onlarca düşmən əsgəri və texnikasını məhcetmiş, atəş nöqtəsini zərərsizləşdirmişdi.

Nazimvə onun silahdaşları torpaqlarımız qaniçənlərdən tamam təmizlənməyənədəksilahları yerə qoymayacaqlarına and içmişdilər. Onlar öz andlarına sadiqqaldılar. Son nəfəslərinə qədər düşmənlə vuruşdular. Son döyüş isə Cəvahirlikəndi ətrafında baş vermişdi. Əfsuslar olsun ki, Nazimin döyüş yolu yarıdaqaldı…

1994-cüil aprelin 18-də düşmən zirehli texnika və xeyli əsgərlə Nazimgilin qoruduğumövqelərə hücuma keçirlər. Düşmənin ilk qüvvəsi rotanın ağır zərbəsinəticəsində geri oturdulur. Lakin məkrli düşmən qəzəblənərək güclü qüvvələrləyenidən hücuma keçir. Əsgərlərimiz nə qədər hazırlıqlı olsalar da düşməntexnika sarıdan onlardan üstün idi. Xeyli döyüşdən sonrat Nazimin taqımı geriçəkilməli olur. Bu zaman Nazim vaxt qazanmaq üçün özü səngərdə qalır. Heyətinitkisiz geri çəkilməsinə şərait yaradır. Düşmən tanklarından biri düz onunüstünə gəlir. Nazim onu yaxına buraxaraq qumbaraatanın sərrast atəşi iləsusdurur. Düşmən hiddətlənərək daha bir tank göndərir. Nazim yaxınlaşmaqda olantankı qumbaratanla vura bilməyəcəyini başa düşüb son qərarını verir.

Nazimvə onun bölüyü üçün 1994-cü ilin aprel ayının 18-i son döyüş oldu. Düşmənləamansız çarpışmada son qanınadək vuruşan komandir və böyük əsgərləriqəhrəmanlıqla həlak oldular. Yalnız ikinəfər xilas ola bilmişdi, onlar da ağır vəziyyətdə idilər. Şahidlərinsöylədiyinə görə, Nazim son nəfəsdə «Vətən uğrunda!» hayqıraraq qumbaranı belinəbağlamış və heç olmasa bir düşmən texnikasını sıradan çıxarmaq naminə tankınaltına atmış və onu partlatmışdı. Və, beləliklə, özü həlak olmuş, tankı iləsıradan çıxarmışdı. Düşmən tərəf ondan o qədər yanıqlı idi ki, hətta meyidininqalıqlarını da vermədi. Atəşkəsə isə cəmi barmaqla sayılacaq günlər qalırdı! Buərəfədə Nazim Cəbrayılov öz ölümü ilə düşmənə acı bir dərs verdi və sübut etdiki, Azərbaycan zabiti və döyüşçüsü ölər, amma təslim olmaz.

İgidölər, adı qalar!

Nazimcismən dünyasını dəyişsə də, əbədiyaşar qəhrəman kimi dostlarının, tanıyanların,ümumiyyətlə, xalqımızın qəlbindədir. Mərd, cəsur, hünərli və vətənpərvər oğulkimi.

Cəbrayılovçular.Onlar 28 nəfər idilər. 26-sı şəhid oldu: «Arxamızda Vətəndir!».

Cəbrayılovçular öldülər, səngəri tərketmədilər, çünki arxalarında Vətən idi!

Ümummilliliderimiz Heydər Əliyevin «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbiqulluqçularının təltif edilməsi haqqında» 24 iyun 2003-cü il tarixli fərmanıilə baş leytenant Cəbrayılov Nazim İbrahim oğlu ölümündən sonra «Azərbaycanbayrağı» ordeninə layiq görülüb.

Su gələn arxa bir də gələr. Bu torpaqda hələ çox Nazimlər doğulacaq.Nazim kimi oğulları olan yurdun isə bir qarış torpağı da yağıya qala bilməz!

Xalqımızın cəngavər oğlu düşmənlə mübarizədə həyatını itirməkdənçəkinmədi. Təki murdar erməni ayaqları bu müqəddəs torpağa bir də dəyməsin.

Tanrı hər bir insanın alın yazısına möhür vurur. Bu möhür müqəddəsmöhürdü. Elə buna görə də, «Yazıya pozu yoxdur», - deyirlər. Və bu dünyada heçkəs tale yazısından qaça bilmir. Nazim Cəbrayılovun da taleyinə Vətən yolundaşəhid olmaq yazılıbmış.

Tarix sübut edir ki, qəhrəmanlar unudulmur, əbədi yaşamaq üçünəməlləri, hərəkətləri ilə bizlərə örnək olurlar. Nazim də Azərbaycantorpaqları, onun suverenliyi yolunda şəhid olduğuna görə heç vaxtunudulmayacaq.

Bu anda dahi şairimiz Hüseyn Cavidin gözəl deyimi yada düşür: «Ölüm var ki, həyat qədərdəyərli».

Ailənin yeganə arzusu bu gün məzarı olmayan Nazimin ŞəhidlərXiyabanında heç olmasa kiçik bir nişanəsinin olmasını istəməsidir. Heç olmsaşəhidlərimizin qəbrini ziyarət edəndə atalarının da adını bir dəstə güllə yadetsinlər və bir az da olsa təskinlik tapsınlar.

İnanırıq ki, Bakı şəhər rəhbərliyi onların bu arzusunun həyatakeçməsində yardımçı olacaqlar

Ruhun şad olsun, qardaşım!

Tezliklə doğma torpaqlarımızda görüşmək arzusu ilə


Rüstəm HACIYEV


***


NAZİM


Özünü dar gündə dada yetirdi,

Dayandı səngərdə diqqətləNazim.

Yurdu xəyanənə qurban gedirdi,

Barışa bilmirdi qarətlə Nazim.

Qoşuldu döyüşə, igid şir oldu,

Koroğlu gücünə o qadir oldu.

Tezliklə taqıma komandir oldu,

Atıldı irəli heyrətlə Nazim.

Mən zəfər səsiylə dinəcəm! – dedi,

Düşməni məhv edib, yenəcəm! – dedi,

Narahat olmayın, dönəcəm! – dedi,

Görüşüb, gedərkən külfətləNazim.

Analar göz yaşı içməsin deyə,

Kədər ömürləri biçməsin deyə.

Düşmən, torpağıma keçməsindeyə,

Atıldı tank alta cürətləNazim!

İndi olub adı dillərdə əzbər,

Keçdi öz canından, vermədisəngər.

Ölümü Cavad xan ölmünə bənzər,

Can verdi möhtəşəm qeyrətləNazim.

«Bayraq» ordeni tək fəxri adaldı,

Vətən tarixində əbədi qaldı.

Şəhiddi, müqəddəs adı ucaldı,

Hopdu ürəklərə hörmətlə Nazim.


ADİU-nin məzunu Tural İsgəndərov