adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Aprel 2019 16:03
31252
MƏMLƏKƏT

VƏTƏN SEVGİSİ İLƏ DÖYÜNƏN ÜRƏK

1993-cü ildə Ulu Öndər HeydərƏliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün sahələrlə yanaşı, diasporquruculuğunda da əsaslı dönüş baş verdi. Hər bir xarici səfəri zamanıAzərbaycan diasporunun nümayəndələri ilə görüşüb, onların problem və qayğılarıilə maraqlanan Ümummilli Lider həmvətənlərimizi yenicə müstəqillik qazanmışrespublikamızın tarixi mənafeyinin reallaşdırılması prosesində fəal iştiraketməyə çağırırdı.

Qısa müddətdən sonra diaspor quruculuğuAzərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindənbirinə çevrildi. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədidünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək,soydaşlarımızın milli özünəməxsusluğunun, milli maraqlarımızın daha etibarlışəkildə qorunması istiqamətində diasporun potensialından faydalanmaq,diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarınımüdafiə etməkdən ibarət idi.

Bu gün Azərbaycanı layiqincə təmsiledən bir çox diaspor təşkilatları ilə yanaşı, sadə azərbaycanlılar da var ki,onlar öz yaxşı əməlləri ilə xalqımızın başını uca edirlər. Haqqında söhbət açmaq istədiyimiz AğamirzəMirzəağa oğlu Nuriyev məhz belələrindəndir.

Ağamirzə 1963-cü il dekabrın14-də Lənkəran rayonunun Xarxatan kəndində anadan olub. Uşaq yaşlarındansərbəstliyə, müstəqilliyə can atıb. Rayondakı kənd təsərrüfatı texnikumunubitirdikdən sonra ordu sıralarında xidmət edib. Elə həmin vaxtdan da taleyiniUkraynanın Xarkov şəhəri ilə bağlayıb. Artıq o, 30 ildən çoxdur ki, buradayaşayır. 

Müxtəlif dövlət işlərindəçalışan A.Nuriyevi bu gün Xarkovda böyük nüfuz sahibi kimi tanıyırlar. "Atam Mirzəağa kişi də istər Lənkəranda, istərsədə Xarkov şəhərində din xadimi kimi yaxşı hörmətə və nüfuza malik olub,-deyəAğamirzə bildirir.- Atam dünyasını dəyişəndən sonra onun tutduğu yolu mən davametdirməyə başlamışam. Hazırda Xarkovda fəaliyyət göstərən "İmam Hüseyn” dini –ictimaicəmiyyətin sədri və bu şəhərindəki məscidin rəhbəriyəm”.

A.Nuriyevin rəhbərlik etdiyiməscidə namaz qılmağa gələnlərin sayı günbəgün artır. Dini bayramlarda isə beşyüzə qədər insan bir yerdə ibadət edir. Göstərdiyi xeyriyyəçilik fəaliyyəti də Ağamirzəniböyük hörmət və nüfuz sahibi edib. 

A.Nuriyevlə söhbətdən onu da öyrənirik ki, Ukraynada,o cümlədən Xarkovda diaspor hərəkatı geniş vüsət alıb. Artıq burada millibirliyə nail olunub, bütün qüvvələr soydaşlarımızın bir bayraq altındabirləşməsinə səfərbər edilib. Vətənə, torpağa, xalqa böyük məhəbbət bəsləyənAzərbaycanın qeyrətli və təəssübkeş oğulları dost Ukraynada xalqımızınadət-ənənələrini ləyaqətlə qoruyub saxlayır, zəngin mədəniyyətimizlə hamınıheyran qoyurlar.

"Biz vaxtaşırı olaraq biryerə yığışaraq doğma Azərbaycanla bağlı aktual məsələləri müzakirə edir,xüsusilə Qarabağ məsələsindən ətraflı söhbət açaraq erməni daşnaklarınınterrorçu millət olmasından, tarix boyu azərbaycanlılara xəyanət toru hörmələrindəndanışırıq, - deyə A.Nuriyev sözünə davam edir. – Belə tədbirlərdə ukraynalılar,ruslar, moldovanlar və digər millətlərin nümayəndələri də bizə qoşularaq,xalqımızın başına olmazın müsibətlər gətirmiş namərd qonşularımıza lənətləryağdırırlar. Həmvətənlərimiz Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisiPrezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində torpaqlarımızıntezliklə erməni işqalçılarından azad olunacağına, qaçqın və məcburiköçkünlərimizin doğma yurd yerlərinə qayıdacaqlarına möhkəm inanırlar”.

"Mən işimi əsasən dini sahədəgörürəm, məsələn, istər namaz vaxtlarının, istərsə də dini mərasim vəbayramların dəqiq tarixlərini yazaraq, hamının gördüyü bir yerdə lövhədən asıram, -deyə Ağamirzə Nuriyev söhbətinə davam edir.- Bizdə heç bir ayrı-seçkilik yoxdur,təriqətindən, inancından asılı olmayaraq hər kəs gəlib məsciddə namaz qılıb, ibadətedə bilir, çünki bura Allahın evidir. Bu məsciddən əlavə mən şəhərin başqa birərazisində 150 kv.m sahəsi olan bir mənzil alaraq, onu yüksək səviyyədə təmiretdirib, müsəlman bacı-qardaşlarımıza "İbadət Evi” kimi hədiyyə etmişəm. Oradanamaz qılmaq və bəzi dini mərasimlər keçirmək üçün yaxşı şərait yaradılıb. Müsəlmanbacı-qardaşlarımızın ibadət etmələri üçün lazımi şərait yaratmaq böyük savabdır”.

Ağamirzə Nuriyevin xeyriyyəçilik fəaliyyətidəfələrlə Xarkovun mətbuatsəhifələrində, Ukrayna televiziya kanallarında işıqlandırılıb. O, dəfələrlə yerlidövlət qurumlarının, ictimaitəşkilatların Fəxri fərman, diplom və medalları ilə təltif olunub.Diaspor.infosaytının rəhbəri, yazıçı-jurnalist Əlmaniz Ələkbərli A.Nuriyevin həyat vəfəaliyyəti barədə sayca özünün beşinci - "Əsrə bərabər ömür" kitabınıçap etdirib.

Xarkovda yaşayanazərbaycanlılar deyir ki, Ağamirzə müəllimin xeyriyyəçilik işlərini sadalamaqlabitmir. Belə ki, o, dəfələrlə Azərbaycandan gələn bir çox idmançılara da maddiyardım edərək, onların yarışlara qatılmalarına şərait yaradıb.

Bəli, ürəyi daim Vətən sevgisiilə döyünən belə bir həmyerliyə görə adam qürur hissi duyur. İnanırıq ki, özəxlaqı, tərbiyəsi və xeyriyyəçiliyi ilə bir çoxlarına nümunə olan AğamirzəNuriyev bundan sonra da canından artıq sevdiyi doğma Azərbaycana başucalığı gətirəcək.

Ağaddin BABAYEV,

yazıçı-jurnalist.

Lənkəran