adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Aprel 2018 12:43
11832
MƏMLƏKƏT

“Vətən çağırır” layihəsi başa çatıb

AzərbaycanRespublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsindəmaliyyələşdirdiyi "Vətən çağırır” layihəsi başa çatıb. 

Layihənin əsas məqsədi gənclərarasında multikultural və tolerantlıq dəyərlərinin təbliği, onlara vətənpərvərlikruhunun aşılanması olub. Layihə çərçivəsində Zaqatalada saxur, İsmayıllıdalahıc, Qəbələdə udin, Qusarda ləzgi və Lənkəranda talış etnik qruplarının nümayəndələrininiştirakı ilə çəkilişlər reallaşdırılıb. Aprel döyüşləri şəhidlərinə ithafolunan sənədli film vasitəsilə cəmiyyətə ötürülən mesaj – "fərqli din, fərqlidil və mədəniyyətlərə sahib olsaq da bizi birləşdirən dəyər Azərbaycanın ərazibütövlüyü, Azərbaycanın üç rəngli bayrağı altında birləşməyimizdir” olub. Genişkütləyə mesajın ötürülməsi, təbliğatın geniş miqyas alması, layihənindavamlılığı və təsir gücünün yüksək olması üçün sosial şəbəkələr vasitəsilə sənədlifilm sosial şəbəkələr vasitəsilə də yayımlanıb.

Təqdimatzamanı"Vətən çağırır” sənədli filmi nümayiş olunub. Filminrejissoru Cavanşir Eladisoy, operatoru Taleh Valehovdur.