Vens: TRIPP Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək
TRIPP layihəsi ("Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu"") tranzit və ticarəti açaraq Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında bildirib.
"Bildiyiniz kimi, TRIPP regiona tarixi dəyişikliklər gətirəcək. Mən həmçinin "TRIPP Enterprise Fund" haqqında qürurla danışacağam. TRIPP Fondu vasitəsilə Ermənistana iri həcmli özəl kapital yönəldiləcək", - o deyib.
Vitse-prezidentin sözlərinə görə, layihə regionda ticarət, tranzit və enerji axınları üçün yeni imkanlar açacaq, həmçinin Ermənistanla qonşu ölkələr arasında misli görünməmiş əlaqələr yaradacaq.
"Bu təkcə Ermənistan xalqına rifah gətirməyəcək, həm də uzunmüddətli sülh üçün mühüm addım olacaq. Qarşılıqlı əlaqəli iqtisadiyyatlar və enerji sektorları yaradıldıqda regionda dayanıqlı sülh imkanı təmin edilir", - o vurğulayıb.
Vens əlavə edib ki, "TRIPP Enterprise Fund" dəmir yollarının, boru kəmərlərinin tikintisi və qarşılıqlı əlaqəli infrastrukturun yaradılması üçün özəl kapital axınını təmin edəcək, bu da regiona həqiqi rifah gətirəcək və İrəvanla Bakı arasında sülh sazişinin qüvvəsini möhkəmləndirəcək.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

