adalet.az header logo
  • Bakı -°C
03 Yanvar 2026 15:30
105
DÜNYA
A- A+

Venesuela prezidentini onlar ələ keçiribmiş

Venesuela prezidenti Nikolas Maduro Amerikanın elit Delta Qüvvələrinin üzvləri tərəfindən ələ keçirilib.

Adalet.az-ın məlumatına görə, ABŞ rəsmiləri CBS News-a bildiriblər ki, Venesuela lideri Nikolas Maduro ABŞ ordusunun aparıcı xüsusi əməliyyat bölməsi olan "Delta Force" tərəfindən ələ keçirilib.

Elit "Delta Force" bölməsi keçmiş İslam Dövləti lideri Əbu Bəkr əl-Bağdadini öldürən 2019 əməliyyatına da cavabdeh idi.

Bildirilir ki, ABŞ Venesueladakı hərbi əməliyyatlar zamanı heç bir şəxsi heyət itkisi olmayıb.