adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2016 12:03
5621
GÜNDƏM

Venesuela prezidenti Milli Məclisdə olub

Bu gün Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikası Milli Məclisində olub.

Adalet.az-ın xəbərinə görə, ali qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub.
Prezident Nikolas Maduronun Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.