Vəkillərə yeni hüquqlar verilir və vəzifələri artırılır
Vəkillərə yeni hüquqlar verilir.
Adalet.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.
Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:
- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;
- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;
- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;
- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;
- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.
Eyni zamanda vəkillərin vəzifələri artırılır, tədris tədbirlərində iştirakları icbari olacaq.
Layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil üzvlük haqqını hər ay ödəməli, normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməli, il ərzində minimal icbari tədris saatlarını toplamalı və Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir.
Peşə hazırlığı və ixtisasın artırılması üçün vəkillərin tədris tədbirlərində iştirakı da icbari olacaq. Vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib.
Nicat
Digər Xəbərlər
24 Iyun 2026 11:17
Əmlak alarkən diqqətli olun - Ali Məhkəmə əsas riskləri açıqladı
23 Iyun 2026 20:00
Arayik və digərlərinin məhkəməsi oldu
19 Iyun 2026 16:25
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu - YENİLƏNİB
18 Iyun 2026 11:03
"Arzum"a cəza tələb edildi
16 Iyun 2026 12:04
Məhkəmə Əli Kərimli barəsində qərar verdi
09 Iyun 2026 19:39
Arayikgilin apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanıldı - FOTOLAR
04 Iyun 2026 12:34
Müstəntiq "Arzum"un məhkəməsində ifadə verəcək
13 May 2026 18:13


Bakı -°C

