adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Yanvar 2017 15:25
5905
GÜNDƏM

VAY DƏDƏM VAY, MƏN VƏ DOSTLARIM CƏHƏNNƏMDƏ YANACAĞIQ Kİ

Qardaş ölkədə bir Cübbəli Hoca meydana çıxıb və elə meydan da sulayır. Televizyonlar daona geninə-boluna elə suladığı meydanboyda meydan veriblər. Ara qarışdırmaqla, adamların arasına nifaq salmaqla,dini radikalizmi təbliğ etməklə məşğuldu. Gözün üstə qaşın var deyən də yoxdu.

O gün də deyir:

- Şahmat oynayanlar hamısıkafirdi və cəhənnəm odunda yanacaqlar. Oyunu izləyənlər də elə bil ki donuz əti yeyirlər, onlar da cəhənnəməvasil olacaqlar.

Vay dədəm vay! Tərs kimi mən də, mənim bütün dostlarım da şahmat xəstəsiyik. Yaman zibilədüşdük.

Şahmat ağıl, zəka tələb edənoyundu. O Cübbəli Hocaya da zəkalı insanlar lazım deyil. Tualetə gedərkənaftafanı sağ əllə, yoxsa sol əllə götürməyi müzakirə eləyənlər lazımdı.