"Vaşinqtondayam, Trampla görüşəcəyəm" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də səfərdə olduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Mən artıq Vaşinqtondayam. Prezident Trampla görüşəcəyəm. Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram", - V.Zelenski qeyd edib.
O vurğulayıb ki, Ukrayna uzunmüddətli sülhdə israrlıdır.
"Və ümid edirəm ki, ABŞ-li, avropalı dostlarımızla ümumi gücümüz Rusiyanı sülhə vadar edəcək", - V.Zelenski yazıb.
Digər Xəbərlər

Sibiqa: Bu Azərbaycan-Ukrayna əməkdaşlığının əhəmiyyətini göstərir

Paşinyan Ermənistan vətəndaşlarına müraciət edəcək

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb
