Vasif Talıbov cəbhə bölgəsində - Fotolar
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oktyabrın 30-da Soyuq bölgəsində olub, təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.
Ali Məclisin sədri çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə təşəkkürünü bildirərək deyib: "Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi təşkili Soyuq bölgəsində xidmət edən hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrdir. Müasir şərait, təlimlərin təşkili, silah-sursat təminatı, əsgərə qayğı Azərbaycan ordusunun bugünkü reallıqlarıdır. Dövlətimiz tərəfindən hərbiçilərimiz üçün hər cür şərait yaradılır, onların sosial müdafiəsinin gücləndirilməsinə, xidmətin nümunəvi təşkilinə diqqət və qayğı göstərilir. Son illər Soyuq bölgəsində xidmətin təşkili üçün lazımi şərait yaradılıb, bölmələrin maddi-texniki təchizatı artırılıb.
Gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək. Çünki yaxşı xidmət şəraiti, zabit-əsgər münasibətlərinin düzgün qurulması və qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Əsgər və zabitlər arasında münasibətlər bu prinsip üzərində qurulmalı, xidmət günün nizam qaydalarına uyğun olaraq təşkil edilməlidir”.
Ali Məclisin sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb.(AzərTAc)
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13