adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Sentyabr 2014 16:52
12897
MƏMLƏKƏT

Vasif Talıbov bir sıra sosial obyektlərin açılışını edib

NaxçıvanMuxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri şəhər vərayon mərkəzləri ilə yanaşı, kəndləri də əhatə edir. Bu istiqamətdə Babəkrayonunun Qahab kəndində də bir sıra quruculuq işləri həyata keçirilib.Adalet.az xəbər verir ki, NaxçıvanMuxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qahab kəndində yeni sosial obyektlərin açılışını edib. Öncə Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgizavtomobil yolunun açılışı olub. Vasif Talıbov qeyd edib ki, Qahabda yaradılanmüasir infrastrukturlar içərisində yol tikintisi xüsusi əhəmiyyət kəsb edir.Ona görə ki, əsaslı şəkildə yenidən qurulan və 4 yaşayış məntəqəsini əhatə edənyoldan 6 minə yaxın sakin və gələn qonaqlar istifadə edəcəklər.

Dahasonra Qahab kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Ali Məclisin sədrigöstərilən qayğıdan səmərəli istifadə olunacağına, təhsilli və vətənpərvər gənclərinyetişdiriləcəyinə əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb.
Sonra Ali MəclisinSədri Babək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrupşagirdə kompyuter dəsti hədiyyə edib.
Məlumat verilib ki,3 mərtəbədən ibarət olan məktəb binası 612 şagird yerlikdir. Məktəbdə 34 sinifotağı, fizika və kimya laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 4elektron lövhəli sinif, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı vəaçıq idman qurğuları vardır.

Lazımi cihaz vəavadanlıqlarla təchiz olunmuş fizika, kimya və biologiya laboratoriyalarıbiliklərin təcrübi yolla möhkəmləndirilməsinə şərait yaradacaqdır. Muxtarrespublikada şahmatın kütləviliyinə və onun təbliğinə xüsusi diqqət yetirildiyiüçün ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Qahab kənd tam orta məktəbindəşahmat sinfinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsidir.

Yeni istifadəyəverilən sosial obyektlərdən biri də Qahab Kənd Mərkəzi olub. Kənd mərkəzi 4 minəyaxın sakinə xidmət edəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri,kitabxana, Yeni Azərbaycan Partiyası ərazi təşkilatı, inzibati ərazi dairəsiüzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi və 83 yerlik iclas zalı var.Kitabxana fonduna 8 min 466 kitab verilib.

V. Talıbov Qahabkənd həkim ambulatoriyasının yeni binasının da açılışını edib. Bildirilib ki, 2mərtəbəli ambulatoriya binasında 8 tibb işçisi əhalinin sağlamlığının qayğısınaqalır. Ambulatoriyada stomatoloji kabinə, peyvənd, aptek, mama, baş həkim, tibbbacısı, manipulyasiya otaqları və doğuş otağı var. Səhiyyə müəssisəsi lazımi dərmanvasitələri ilə təmin olunub, ilkin tibbi yardım və peyvənd çantaları qoyulub.

Bundan başqa sakinləringündəlik tələbatını tamamilə ödəyən  xidmətmərkəzi də istifadəyə verilib. Xidmət mərkəzində bərbərxana, qadın gözəlliksalonu, dərzi, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyətgöstərir.

Qeyd edək ki, Qahabkəndində aparılan abadlıq işləri çərçivəsində rabitə xidmətinin təkmilləşdirilməsiməqsədilə 400 metr fiber-optik, 2500 metr uzunluğunda müxtəliftutumlu yeraltıkabel, 600 metr uzunluğunda elektrik xətti çəkilib. Həmçinin, 250kilovolt-amper gücündə yeni transformator yarımstansiyası quraşdırılıb. Qahab kəndtam orta məktəbinə Nəcəfəlidizə kənd kəhrizindən 3 min 900 metr uzunluğunda içməlisu xətti çəkilib. Bundan başqa, kənddə yolların kənarları boyu 320 metruzunluğunda hasar tikilmişdir.