adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2019 10:07
22256
SİYASƏT

Vaşinqton geri duracaqmı?

ABŞ prezidenti Yaponiyanın Osaka şəhərindəki G20Zirvə toplantısında Türkiyə prezidenti R.T Ərdoğanla görüşərkən son vaxtlar ikiölkə arasında gərginliyə səbəb olmuş S-400 hava müdafiə sistemləri ilə bağlımüsbət mesajlar versə də, hələ ki rəsmi Vaşinqton əvvəlki mövqeyindən geri çəkilməyib.Bu barədə Röyter agentliyinə Ağ evdəki qaynaqlardan məlum olub. Agentliyin məlumatındadeyilir ki, ABŞ rəsmiləri Türkiyənin həmin raketləri alacağı təqdirdə onun F-35proqramından çıxarılacağı və bu ölkəyə qarşı sanksiyaların tətbiqi qərarındaheç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, Osaka görüşü vaxtı Ərdoğan Amerikalıhəmkarına S-400 raket kompleksini məcburiyyət üzündən aldıqlarını bildirmişdi.Ərdoğan demişdi ki, Obama hakimiyyəti dövründə ABŞ-dan Patriot raketləri almağadəfələrlə cəhd eləsələr də buna nail ola bilməyiblər. ABŞ prezidenti də onun bufikirləriylə razılaşmış və həmin vaxt öz sələfinin Türkiyəyə qarşı sərgilədiyimövqeyi sərt şəkildə tənqid eləmişdi.

Bu görüşdən sonra çoxları suların artıq durulduğunu,iki müttəfiq ölkənin münasibətlərində ciddi çatlar yaratmış S-400 probleminincözüldüyünü zənn edirdi. Hətta Ərdoğan özü də heç bir sanksiyalarınolmayacağını söyləyərək, bunu ABŞ prezidentinin öz dilindən eşitdiyini bəyan etmişdi.

Bu arada ABŞ Dövlət Departamentinin sözşüsü isə qətişəkildə bildirib ki, Türkiyə S-400 hava müdafiə sistemlərini alacağı təqdirdəF-35 uçaqlarından məhrum olunacaq. Pentaqon sözçüsü M. Andres də eyni mövqeydədir:"Dəyişən bir şey yoxdur… Rusların hava hücumundan müdafiə sistemləri F-35proqramıyla uyğun gəlmir. Odur ki, Türkiyənin iki sistemə birdən sahib olmasınaizn verilə bilməz”.

Bütün bunlara baxmayaraq Trampın istisna kimisanksiyaların tətbiqini təxirə salmaq səlahiyyətləri var. Ancaq onun belə biraddım atması Ankaranı razı salsa da, Konqresdə ciddi təpkilərlə qarşılaşa bilər.Odur ki, Trampın son anda hansı qərarı verəcəyini indidən söyləmək çətindir.

Adalet.az