Vardanyandan vəzifə gözləyənlər: Vardan Oskanyan, Artur Davtyan...
Rusiyadan Xankəndiyə köçən erməni biznesmen Ruben Vardanyan 4 noyabrdan etibarən qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edildi.
Artak Beqlaryanın kürsüsünü ələ keçirən rusiyalı milyarder bütün “xidmətləti” ilə Rusiyanın Qarabağdakı planlarını həyata keçirdiyini təsdiqləyir. İşə başladığının 1 həftəsi tamam olmamış qondarma qurumun “ərazi idarəetmə və infrastruktur naziri” vəzifəsində çalışan, ”Nikolun həmyerlisi “ kimi tanınan Ayk Xanumyanı işindən uzaqlaşdırdı.
Maraqlıdır ki, ekspertlərin proqnozlarında deyildiyi kimi, Vardanyan ilk öncə özünə komanda qurmağı Nikolpərəstləri Qarabağdan uzaqlaşdırmaq planlarını işə saldı.
Təbii ki, Ermənistan Baş naziri Nikol Paşinyandan incimiş, yüksək vəzifəsindən atılmış xeyli insan var ki, bu dəfə gözlərini Ruben Vardanyana yönəltdi
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, 1998- 2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş, Suriyanın Hələb şəhərində 1955-ci ildə doğulmuş Vardan Oskanyan Azərbaycana məxsus olan Qarabağda separatçıların “dqr”adlı qondarma qurumunda təmsil olunmaq istəyini dilə gətirib. Hələlik “dövlət naziri” məsələ haqqında heç bir fikir bildirməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın keçmiş baş prokuroru Artur Davtyan Xankəndidəki separatçı rejimdə “vəzifə” tutmaq istəyini mediaya sızdırmışdı. Media bildirir ki, Davtyan 6 illik səlahiyyət müddətinin baş çatması səbəbilə vəzifəsindən gedib.
P.S. Çaqqalların sevinci CANAVARlar gələnə qədərdir...
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00
“PUA-lar uçacaq, narahat olmayın” - MN
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26


Bakı -°C

