adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Dekabr 2019 11:15
91040
MÜSAHİBƏ

VAQİF ƏSƏDOV: PİYADALARLA BAĞLI ÖLÜM HADİSƏLƏRİNİN ARTMASI BİZİ ÇOX NARAHAT EDİR

"Ədalət”insuallarını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polispolkovinki Vaqif Əsədov cavablandırır

- Cənabpolkovnik, bir neçə gündən sonra 2020-ci il qapımızı döyəcək. Köhnə ili hansıuğurlarla və yeni ili hansı ovqatla qarşılayırsınız. Daha doğrusu, köhnə iliyola salıb, yeni ili qarşılayanda qanınız qaralmır ki?...

- Hər ilin özgözəlliyi var. Və Allah-Təala bizə bu illəri yaşamağı qismət eləyirsə, buna görəşükranlıq etməliyik. Biz yol polisi olaraq həmişə çalışmışıq ki, hərəkətin təhlükəsizliyinitəmin edək və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını alaq.Sevindiricidir ki, bir çox göstəricilər bizim müsbət işimizin bəhrəsidir. Ənazından ona çalışmışıq ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasındaçox ciddi addımlar ataq və bu addımları da atmışıq...

- Yeni illəbağlı deyəsən tədbirləriniz çoxdu. Hər dəfə sizə zəng edəndə hiss edirəm ki,bir tədbirdən çıxıb başqa bir tədbirə gedirsiniz. Bu tədbirlər sizi yormur ki?!

- Yeni il ərəfəsindəhəmişə yol polisinin işi və daşıdığı məsuliyyət hissi bir qədər də çox olur.İstər məktəblər olsun, istərsə də digər təhsil ocaqları. Həmin yerlərdə biztez-tez görüşlərdə olur, məktəblilər, tələbələrlə hərəkətin təhlükəsizliyi iləbağlı maarifləndirici söhbətlər aparırıq. Üstəlik də onlara yol hərəkəti ilə əlaqədarhazırladığımız bukletləri paylayırıq. Sirr deyil ki, yeni ildə həm şəhərimizəxaricdən çoxlu qonaqlar gəlir, həm də rayonlardan Bakıya insan axın əvvəlkivaxtla müqayisədə bir qədər artıq olur. Təbii ki, belə bir vəziyyətdə yolpolisi həm nəqliyyat vasitələrinin hərəkətini tənzimləməli, həm də piyadalarıntəhlükəsizliyini təmin etməlidir...

- Amma görürsənki, yol polisinin hətta gücləndirimiş iş rejimində çalışdığı vaxt qəzalarqaçılmaz olur. Bax, burda günahkar yol polisidi, yoxsa hərəkət iştirakçıları...

- Təbii ki,bayaq dedim axı, yol polisi öz funksiyasını istər bayram günlərində, istərsə dəadi günlərdə məsuliyyətlə yerinə yetirir. Çox təəssüf ki, bir çox halda sürücülərvə piyadalar bayram günləri belə öz təhlükəsizlikləri haqqında fikirləşmir, yolhərəkəti qaydalarını kobud surətdəpozurlar. Aydındır ki, yol hərəkəti qaydalarının pozulması da qəzalarınvə piyadavurma hallarının baş verməsinə şərait yaradır...

- Piyadavurmahalları dediniz, son vaxtlar respublikamızda və Bakı şəhərində piyadalarınölümü ilə nəticələnən hadisələr yadımıza düşdü. Sirr deyil ki, bu ilin 11ayında 300-ə yaxın piyadanın vurularaq öldürülməsi faktı mövcuddur. Bilməkolarmı Bakı şəhərində piyadaların ölümü ilə bağlı nə qədər hadisə baş verib?

- Siz bizim çoxyaralı yerimizə toxundunuz. Çünki piyadalarla bağlı ölüm hadisələrinin artması yol polisini və eləcədə bizim rəhbərliyi çox narahat edir. Belə ki, bu ilin 11 ayı ərzində Bakı şəhərindəpiyadaların ölümü ilə nəticələnən 107 hadisə baş verib. İndi siz görün bu nədeməkdi? Burda ilk növbədə sürücü, piyada və hərəkət iştirakçıları məsuliyyətdaşıyır.

- Vaqif müəllim,görünür, burda həm sürücülərin, həm də piyadaların günahı var. 15-20 gün bundanəvvəl Sulutəpə-Biləcəri yolunda yükmaşını 11-ci sinifdə oxuyan iki şagirdin üstündən keçdi. Günün qaranlıq saatıolduğundan nə sürücü qarşıdan gələn piyadaları gördü, nə də piyadalar gününqaranlıq saatını nəzərə almadılar. Bu isə faciə ilə bitdi. İki ailə gəncövladını itirdi, sürücü isə həbsxanaya düşdü...

- Bizim hərəkətiştirakçılarının ən böyük günahı yolun təyin olunmamış yerindən keçməyidir. Üstəlikdə sürücülər belə anlarda ya fikirli olur, ya gecə saatı olduğu üçün yol yaxşıişıqlandırılmır, ya da başqa bir səbəbdən bu cür ağır hadisələr baş verir. Birmənalıolaraq deyə bilərəm ki, sürücü və piyadalar yol hərəkəti qaydalarına əməl etsələr,insanlar belə faciələrlə üzləşməzlər. Ən azından ona görə ki, yerüstü vəyeraltı keçidlər var və təyin olunmuş yerlər mövcuddur. Təəssüf ki, bundanbizim piyadalar az istifadə edirlər...

- Dediyiniz faktların bir jurnalist olaraq biz də şahidioluşuq. Çünki dəfələrlə sizin keçirdiyiniz reydlərdə iştirak eləmişik. Və oreydlərdə çoxlu sayda piyadalar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə20 manat məbləğində cərimə ediliblər. Amma sabahı gün gəlib reyd keçirən yerə baxanda yenə piyadaların təyinolunmamış yerdən keçdiklərini görmüşük...

- Elə biz də məhzbu məsələlərə görə narahat oluruq da. Təbliğat aparılır, maariflənmə işlərigörürük, televiziyalarda və qəzetlərdə bu barədə söhbətlər olunur. Təəssüf ki,nəticə çıxaranlar çox az olur. Hərəkətin çox yüksək olduğu yerdən piyada keçəndəo, 40 manat məbləğində cərimə olunur. Məsələn, hava limanına gedən yolda və digərhərəkətin yüksək olduğu prospektlərdə. Amma yenə görürsən ki, o yolu keçmək istəyənpiyadalar qaça-qaça yolun o biri səmtinə can atır. Belə anlar isə piyadanınvurulması yüksək sürətlə gələn avtomobil tərəfindən qaçılmaz olur...

- Siz dəfələrləyağışlı havalarla bağlı Bakı şəhərində nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıqetmisiniz. Bildirmisiniz ki, yağışlı havada sürət həddini aşağı endirsinlər,ara məsafəsi saxlasınlar və əyləc sistemindən istifadə etməsinlər. Ancaq ən çoxda yol-qəza hadisələri və piyadavurmalar bu cür mürəkkəb hava şəraitində başverir...

- Sualınıza görəvə bizim işimizi qiymətləndirdiyiniz üçün təşəkkürümü bildirirəm. Mürəkkəb havailə bağlı həmişə hidrometroloqlar adiyyəti qurumları məlumatlandırır. Biz də həminməlumat əsasında sürücülərə xəbərdarlıq edirik. Bildiririk ki, yağışlıhavalarda diqqətli olsunlar, ara məsafəsi saxlasınlar və əyləc sistemindən çoxistifadə eləməsinlər. Bu qabaqlayıcı tədbirlərə əməl eləyənlər də olur, təəssüfki, əməl eləməyənlər də. Əməl edənlər təhlükədən xilas olur, əməl etməyənlərfaciəli anlarla üzləşirlər. Hər halda, biz yol polisi olaraq çalışırıq ki,mövcud təhlükəni hərəkət iştirakçılarının diqqətinə çatdıraq...

- Bakıda toy mərasimlərizamanı bəy-gəlin karvanlarının qanunları pozmasına da tez-tez rast gəlinir. Həttabir dəfə ağır qəza da baş verib, ölən və yaralananlar da olub. Bəzi məsuliyyətsizsürücülərin ötüşmə həvəsi toyu yasa döndərir...

- Bax, bu məsələlərdə yol polisinin həmişə diqqət mərkəzindədir. Çünki şəhərimizdə olan kameralarabelə hadisələr tez-tez düşür. Təbii ki, onlar tapılır və məsuliyyətə cəlbolunurlar. Toy şadlıq deməkdir. Əgər bəy-gəlin karvanında hansısa bir adam "qəhrəmanlıq”göstərmək istəyirsə, bu ona baha başa gəlir. Çünki qanunu pozan o sürücülər heçbiri yol polisinin nəzərindən yayınmır və onlar inzibati məsuliyyətə cəlbolunurlar.

- Cənab polkovnik,bir narahatedici fakt da velosiped və moped idarə edənlərlə bağlıdır. Sirrdeyil ki, onlar yolun hərəkət hissəsilə gedərkən yol hərəkəti qaydasına əməletmir və onu tez-tez pozurlar. Bu yaxınlarda Binəqədi rayonu ərazisində biravtobus sürücüsü velosiped sürəni vurub öldürüb və hadisə yerindən qaçıb.Sonradan həmin sürücünü polis axtarıb taparaq saxlayıb...

- Velosipedlə,mopedlərlə bağlı mövcud təhlükəni aradan qaldırmaq üçün Baş Dövlət Yol Polisiİdarəsi maarifləndirici tədbirlər keçirir. Belə ki, idarənin əməkdaşları tərəfindənhəmin sürücülərə təhlükəsizlik məqsədilə tövsiyələr olunur, dəbilqədən istifadəetmək məsləhət bilinir və eyni zamanda onlara maarifləndirici bukletlərpaylanır. Bizim özümüz də Bakı şəhərində həmin sürücülərin təhükəsizliyi üçün dəfələrləqabaqlayıcı tədbirlər həyata keçirmişik. Ümumiyyətlə, velosiped və moped idarəedənlər çox diqqətli olmalı, onlar üçün ayrılmış yerlərdə getməlidilər. Çox təəssüfki, bəzən görürsən ki, həmin nəqliyyat vasitələrinin sürücüləri hərəkətin çoxyüksək sürətli olduğu yollarda hərəkət edir, qəfil soldan sağa, sağdan da solakeçirlər. Bu cür manevrlər avtomobil sürücülərini çaşdırır.

- Cənabpolkovnik, elə bil suallarımla sizi çox yordum. Onsuz da yeni il qabağı işinizçoxdu. Bir tərəfdən də biz jurnalistlərin sorğu-sualları... Yeni il münasibətiləbiz Azərbaycan polisini, başda general-polkovinik Vilayət Eyvazov olmaqla bütünəməkdaşları təbrik edirik. Çünki polis həm ictimai asayişi təmin edir, həmcinayətkara qarşı mübarizə aparır, həm də hərəkətin təhlükəsizliyini qoruyur...

- Polisə beləyüksək qiymət verdiyinizə görə, bir daha sizə təşəkkürümü bildirirəm. Çünki "Ədalət”qəzeti mən deyərdim ki, Azərbaycan polisinin ən yaxın dostudur. Biz də başdaAqil Abbas olmaqla sizin kollektivi yeni il münasibətilə təbrik edirik. Siz necədostluğa sadiqsinizsə, biz də elə sadiqik. Düşünürəm ki, Azərbaycan polisi ilə"Ədalət”in dostluğu hələ bundan sonra dauzun illər davam edəcək.


Söhbətiyazdı: Faiq QİSMƏTOĞLU