VAQİF ABDULLAYEV ALİM ADI ALANDA İCRA BAŞÇISI DEYİLDİ

Hansısa bir məmurunhansısa bir sahə üzrə elmlər namizədi vəya elmlər doktoru olmasında elə bir qəbahət yoxdur. Bunu kiməsə nöqsan tutmaqməsələyə qeyri-ciddi yanaşmaqdı. Belə çıxırki, məmurları seçərkən elmdən uzaq olanları seçmək lazımdı? Və yaxud, elmi işlə məşğul olarkən hansısa yüksək vəzifəyə təyin olunanda elmi araşdırmalarını dayandırmalıdı? Bu nə məntiqdi?
Hörmət elədiyimizdostlardan biri Beyləqanın icra başçısı VaqifAbdullayevin elmlər doktoru olmasına ironiyailə yanaşıb. Və bunu vəzifəsindən istifadə kimiqiymətləndirib. V. Abdullayev 98-ci ildə müdafiə edərək siyasi elmlər namizədi adı alıb. Onda nə deputat idi, nə də icra başçısı, yaradıcılıqla məşğul idi.
2004-cü ildə isəmüdafiə edərək siyasi elmlər doktoru adı alıb. Və yenə icra başçısıdeyildi.
İcra başçısı 2007-ci ildə təyin edilib Xızı rayonuna, kiçik bir rayona.Orda yaxşı fəaliyyət göstərdiyinə görə Möhtərəm Prezident 2012-ci ildəona daha böyük bir rayonu etibar elədi -Beyləqanı.
Beyləqan həm sosial,həm də iqtisadi baxımdan ölkənin digər rayonlarındangeri qalırdı, abadlıq-quruculuq işləri çox zəif gedirdi.
V. Abdullayev icrabaşçısı təyin olunandan sonra Möhtərəm Prezidentin etimadını doğrultmaq üçün var qüvvəsi ilə işəbaşlayıb. Rayonda geniş abadlıq-quruculuqişləri aparılıb, su-kanalizasiya məsələsi həll olunub. Həm rayon daxili, həm də kəndlər arası yollar asfaltlaşdırılıb, yeni məktəblər tikilib, təmir olunub, uşaq bağçaları tikilib.Rayonun iqtisadi gücü artıb – həm pambıqçılıqda, həm üzümçülükdə, həmdə heyvandarlıqda və sair və ilaxır.
Dostumuz eyni zamandaelmi dərəcələri olan deputatları da qaralayıb. Milli Məclisdə bir alim kimi şöhrətləri Azərbaycandan çox-çox uzaqlarda yayılmış elm xadimləri fəaliyyətgöstərir. Özü də onların 90 faizideputat olmamışdan çox-çox əvvəl alim, professor adına layiqgörülüblər. Səməd Seyidov 26 yaşındaelmlər namizədi adını alıb. Əhliman Əmiraslanov və Rəşad Mahmudov dünya səviyyəli alimlərsayılırlar. Başda Milli Məclisin sədri Oqtay Əsədov olmaqla kiminsə Əli Məsimlinin,Ziyad Səmədzadənin, Şəmsəddin Hacıyevin, Ziyafət Əsgərovun, Əli Hüseynlinin, Gövhərxanım Baxşəliyevanın, Vahid Əhmədovun, Asim Mollazadənin, Bəxtiyar Əliyevin, Rüfət Quliyevin, Eldar İbrahimovun, Ağacan Əbiyevin,Aqiyə xanım Naxçıvanlının (bu siyahını uzatmaqolar) savadına, elminə şübhəsi varsa, yazsın, çap edək.