adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Oktyabr 2016 16:09
8115
DÜNYA

Van Qoqun axtarışda olan əsərləri tapılıb

Vinsent Van Qoqun 14 ildir axtarışda olan iki tablosu, İtaliyada bir mafiya basqınında ələ keçirilib.

Vinsent Van Qoqun 14 il əvvəl oğurlanan iki əsəri İtaliya polisi tərəfindən Napoli şəhərində həyata keçirilən mafiya basqını nəticəsində ələ keçirilib.

FBI-nın ən əhəmiyətli sənət əsəri soyğunu siyahısında yer alan hadisədə, əsərləri oğurlayan təşkilatın milyon avroluq kokain ticarəti ilə məğul olan bir mafiya olduğu öyrənilib. Van Qoq Muzeyi, tabloların çərçivələrinin tapılmadığını, ancaq əsərlərin "təəccübləndirəcək dərəcədə” yaxşı vəziyyətdə olduqlarını bildirib.

Qeyd edək ki, əsərlər 2002- ci ildə Amsterdamdakı muzeydən oğurlanmışdı.