adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Noyabr 2018 15:25
8431
MƏMLƏKƏT

VALLAHİ, XALİD KAZIMLINI CİN ÇARPACAQ

Qaqa, sən nətəhəradamsan ey, cinə inanmırsan və cinə inananlarıda qəzetinizdə lağa qoyursan. Heç səndən gözləməzdim. Dünya cin-şeytanla doludu. Elə özüm şahidiyəm, bizimkənddəki əmioğlu bir cin tutmuşdu, üstünədə sancaq bağlamışdı ki, qaçmasın. Düz biray ona pambıq yığdırdı. Özü də gündə150-200 kilo pambıq yığırdı. Yazıq da hər axşam yalvarırdı ki, məni burax,kənddə sənə bir artezian quyusu vurdurum.Camaat da düşdü əmioğlunun üstünə : «Ə, yazıqdı, burax getsin, bir az irəlidüşək». Cinin də ağlına gəlmirdi ki, üstündəki sancağı açıbtullasın və aradan çıxsın. Kənd camaatının təzyiqi ilə əmioğlu cini buraxdı,amma cin də namərd çıxdı, artezian vurmadı. Sən də cinə inanmırsan. Hər yer doluduey.

Xalid bəy, İsi Məlikzadənin«Quyu» povestində bir yer var, ata-bala kankandılar.Ata quyunun içində qazır, oğul da dolu vedrələri yuxarıdan çəkib tökür çölə.

Oğul soruşur:

- Ata, dünyada biqeyrətadam çoxdu, yoxsa qeyrətli?

Ata:

- Dünya böyükdü,oğul, deyə bilmərəm.

Oğul:

-Bəs, kəndimizdə?

-Dart, bala, dart.

Yerigəlmişkən, Xalid bəy, ad günün mübarək olsun.Özünü cinlərdən qoru.