Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir.
Bu barədə Adalet.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Qeyd edilib ki, artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər.
Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlığı nəticəsində həyata keçirilib.
Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.
Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi olan şəxslərin (övladların) analiz nəticələrini platforma üzərindən əldə etmək mümkündür.
Məlumatlar həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.
Məlumatı əldə etmək üçün:
Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir;
“Ailə” və ya “Sağlamlıq” kateqoriyası seçilir;
“
Övladlarımın laborator analiz nəticələri
” bölməsinə klik edilir;
Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
“Yüklə” düyməsinə klik edilərək məlumatla tanış olunur.
Xatırladaq ki, valideynlər “mygov”da övladlarına aid bir sıra məlumatları - şəxsiyyət vəsiqəsi, pasport, doğum haqqında şəhadətnamə və peyvənd məlumatları kimi rəsmi sənədləri də rəqəmsal formada əldə edirlər. Bu xidmətlərin genişləndirilməsi valideynlərə övladlarının vacib məlumatlarını vahid platformadan rəqəmsal şəkildə izləmək və istifadə etmək imkanı yaradır.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store
Digər Xəbərlər
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08
Qarlı hava ilə bağlı avtomobillərə nə qədər ziyan dəyib?
06 Yanvar 2026 15:04
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini də ziyarət etdi - FOTOLAR
06 Yanvar 2026 13:13
Sarı rəngə boyayıb kənd toyuğu adı ilə satırmışlar - RƏSMİ + FOTOLAR
05 Yanvar 2026 12:16
Sabah hava necə olacaq?
05 Yanvar 2026 12:01
İctimai nəqliyyatdan istifadə etməyənlərin balansından niyə pul çıxılır? - AÇIQLAMA
03 Yanvar 2026 17:10


Bakı -°C

