Vahid Əhmədovdan yeni Baş nazir olacaq Əli Əsədova - TƏKLİFLƏR
Əli Əsədovu biz uzun müddətdir ki, tanıyırıq. O, 20 ildən artıqdır ki, Prezident Administrasiyasında çalışır. Onun Azərbaycanda aparılan iqtisadi islahatlara verdiyi töhfə böyükdür.
Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
O, Ə.Əsədova bəzi təkliflər də verib.
"Xahiş edirəm ki, deputatların verdiyi təkliflərə, qaldırdığı məsələlərə diqqətlə baxasınız, müvafiq tapşırıqlar verəsiniz. Deputatların telefon zənglərinə vaxtında cavab verilməsi məsələsinə də baxmağınızı xahiş edirəm”, - deyə V.Əhmədov bildirib.
Deputat Ə.Əsədova təklif edib ki, Baş nazir olandan sonra qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayrılsın.
V.Əhmədov onu da əlavə edib ki, Hesablama Palatasının rəylərinə də diqqətlə baxılması vacibdir.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57