adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Fevral 2016 12:20
25036
TEXNOLOGİYA

Üzümüzü kitab kimi oxudan şəbəkə 12 yaşını qeyd edir

Dünyanın ənpopulyar sosial şəbəkəsi olan Facebook-un bu gün yaranma tarixidir. 2004-cü ilfevralın 4-də Mark Zukerberq və onun Harvard Universitetində birgə oxuduğu tələbə yoldaşları Eduard Saverin, Dastin Moskoviç eləcə də Kris Hyuz tərəfindənyaradılıb. İlk əvvəl şəbəkə yalnız tələbələri əlaqələndirmək üçün yaradılıbmış.Sonra ABŞ-ın digər ali təhsil ocaqlarını da əhatə edib. 2006-cı ildə artıq ölkənin16 yaşdan yuxarı, elektron ünvanı olan hər kəs bundan istifadə edə bilərdi.Dünya üzrə 2008-ci ildən etibarən yayılmağa başlayıb. Hazırda şəbəkənin istifadəçilərininsayı milyonlarla ölçülür. Sutka ərzində 720 milyon insan bu şəbəkədən aktivistifadə edir. Hər gün istifadəçilər 4 milyarda yaxın "like” edir, 300milyondan artıq şəkil paylaşır.     

Şəbəkə qısa müddət ərzində milyonlarla istifadəçini öz ətrafına toplaya bilib. Həttaözündən asılı hala salmağı da bacarıb. Bu gün uşaqdan-böyüyə hər bir kəsinistifadə etdiyi Facebook o dərəcədə vazkeçilməz olub ki, "onsuz bir günümüzolmasın” deyə, əzizlərimizdən, dostlarımızdan, səhhətimizdən, istirahətimizdənüstün tuturuq. Virtual narkomaniya effektli bu şəbəkəyə münasibət birmənalıolmasa da, qafasında fərqli mənaları daşıyanların hamısının bu "Üz kitab”ındanyolu keçir. Çoxumuzun işinə də yarayır, şöhrət, pul gətirir. Ən əsası ədəbiyyataxidmətsiz ötüşmür. Günümüzün ədəbi-publisistik yeniliklərini məhz bu şəbəkəvasitəsilə, belə deyək dostlarımızın dostlarının aracılığı ilə oxuya bilirik. Bir sözlə, bu şəbəkə üzümüzü, özümüzü, elə sözümüzü də kitab kimi oxuda bilir.  

Amma təbiiki, şəbəkənin ən böyük xeyri onun yaradanına dəyir. Məhz bu icad sayəsində MarkZukerberq 23 yaşında dünyanın ən gənc milyarderi olub.