adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyun 2019 10:03
28010
SİYASƏT

ÜZÜ TÜPÜRCƏKLİ ATƏT

Bəzən ATƏT-in buhəmsədrlərinə yazığım gəlir. Yazıqlar bizim dərdimizdən evlərindən-eşiklərindən olublar.25 ildi qalıblar çöllərdə. Bir tərəfdən də baxıram ki, bu həmsədrlərin hansı qəzetdəşəkilləri çıxırsa , oxucu dərhalhəm şəkilə – həmsədrlərə tüpürür və nəticədə, həm də qəzetə də tüpürür. Ona görə də belə qərara gəldim ki, day bundan sonra ATƏT-in həmsədrlərinin şəkillərini qəzetəmdə çap etməyim.

Bir Bernand Təsyeydi,yoxsa Fəsyeydi vardı ey, pudralı-kraskalıfransız həmsədr, heç elə də kişinin üzünə tüpürərlər? Mən bunuyazanda qəzetimizin əməkdaşı Sübhan Məmmədov qayıtdı ki, Məllim, ona kişi dediyinəgörə ağzını yaxala. Soruşdum, bala, bu ağdamlıların ifadəsidi,bunu hardan eşitmisən? Qayıtdı ki, dörd ildiNicat Novruzoğlu ilə bir yerdə işləmirəm?!