Ustadla söhbət

Qələmipublisistikada da şeirdəki qədər kəskin olan Xalq şairi Məmməd Arazın hələ1967-ci ildə yazdığı "Mədəniyyət hardan başlayır?” məqaləsinin başlığını oxuyubiş otağımın pəncərəsindən çölə doğru boylanıram. Düşünürəm ki, bəlkə də, böyük şairindi doğma Naxçıvanının necə olduğunu yəqin ki, bilmək istəyərdi. Və fikrimdənMəmməd Araza bir məktub yazmaq istəyi keçir: verdiyi sualları bu gününreallığında cavablandırmaq, düşündüyü məsələlərin bugünkü uğurlu həllini vəvəziyyətini çatdırmaq istəyi. Yazını tam başdan oxumağa və suallara cavabtapmağa çalışıram.
"Birşəhərin və ya əyalətin mədəni səviyyəsini necə ölçmək olar? Tikilən təzəbinalarlamı? Yox. Yaxşı yollarlamı, reklam, şüar çoxluğu, uşaqlara məhəbbət,qocalara hörmət, adamların yaxşı geyim, səliqə-sahmanıylamı? Yenə də yox!Ayrılıqda bunların heç biri bir əyalət və şəhərin mədəni səviyyəsini müəyyənetmir. Bu və ya digər şərtlərin hamısı bir yerdə bir-birini tamamladıqda, biridigərinə təkan olduqda mədəniyyət yaranır, inkişaf vüsət alır”.
Doğrudur,ustad! Bizim qloballaşma əsrində "mədəniyyət” sözünün özü belə, o qədərqloballaşdı ki, bəzən bu, mədəniləşmədən çox qeyri-mədəniləşməyə aparıbçıxardı. Əvvəllər "mədəniyyət” adı altında sizin dedikləriniz düşünülürdü.Əslində, indi də elə o düşünülür... Amma, əslində... Hərdən isə "mədəniyyət”adı ilə təlqin olunanlar, el dilində desək, sırınanlar da olur. Mirzə Fətəlinin"Müsyö Jordan”ındakı söz olmasın, "biz başımızı qırxarıq, onlar başlarına tükqoyarlar, ...bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”. Arada bizədə təlqin edirlər ki, bəs "mədəniyyət” deyilən zad budur. Amma nə yaxşı ki,dünyaya öz mədəniyyətimizlə təqdim olunmağın əhəmiyyətini bilənlər,milli-mənəvi dəyərlərimizin hamisi, qoruyucusu olan insanlar da var. İndi müasirləşənNaxçıvanda nəinki mədəniyyətimiz qorunur, eyni zamanda unudulmuş, tarixinsəhifələri arasında itib-batmaqda olan dəyərlərimizin bərpasına ciddi diqqətyetirilir.
"Otikilən təzə binada adamlar necə yaşayır, qonşuluq münasibətləri necədir? Yaxşıgeyim-keçimli müasir adam qonşusunun dar günündə qapısını bərk-bərk bağlamırki? Bir yetim uşağın taleyinə öz uşağı kimi yanırmı?”
Ustad,Naxçıvan təkcə abadlaşmır, təkcə gözəlləşmir, həm də günbəgün, saatbasaat,dəqiqəbədəqiqə böyüyür. Əvvəllər Naxçıvan şəhərindən çıxıb Şıxmahmud kəndinəqədər gedərkən yol boyu insana rast gəlmək, bir tikili görmək yola çıxanyolçunu sevindirirdisə, indi artıq az qala bu iki məntəqə bir-birinə birləşib.Sovetin beynəlmiləlləşmə adı ilə bura təkəmseyrək köçürdüyü "oğrular” burdangedəndən sonra artıq Naxçıvanda qapını bağlamaq kimi bir adət qalmayıb. İndiNaxçıvanda əhalinin sosial-rifah halı daha yüksək səviyyədədir. İnsanlar qapınıçəkib bərk-bərk bağlamağa ehtiyac duymurlar. Onlar özlərinintəhlükəsizliklərindən, asayişdən əmindirlər.
"Naxçıvandaaz qala hər binaya bir çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanalarınbirində zarafatla dedi: Naxçıvanda çayçılar nazirliyi təşkil etmək lazımdır.Bəzən elə səhər gözünü açıb görürsən ki, evinin böyrünə bir çayxana söykəyiblər.Bir yekə çayxana da mərkəzi kitabxananın binasında yerləşir. Qırmızı tuf daşdantikilmiş binanın bir tərəfini nəğməkar samovarlar yavaş-yavaş qaraltmaq işi iləməşğuldurlar”.
Sizinixtisasınıza uyğun terminlə ifadə etsək, bir zaman antisanitariya vəziyyəti iləmüxtəlif cür xəstəliklər vulkanının episentrinə çevrilən çayxanalar indiyoxdur. Əvəzində isə şəhərdə normal çay evləri insanlara xidmət göstərir.Yəni kimə, harda, necə gəldi samovar qoyub qaraltı işləri ilə məşğul olmağaicazə verilmir. Çayxana açdınsa, normal şəraitə, insanların sağlamlığınacavabdeh olmalısan. Düzdür, bəzən çayxana təfəkkürü ilə mətbuata gələn adamlarsevimli məkanlarının qoxusu üçün darıxıb, ötən günlərin xiffətini çəkirlər.Hətta əllərini "vicdanlarına” qoyub yazırlar ki, Naxçıvanda bir dənə də olsunçayxana-filan yoxdur. Amma bu fikirləri səsləndirərkən "çayxana” sözündənəvvəl "antisanitar vəziyyətdə olan” birləşməsini yazmağı unudurlar. YoxsaVətənin ən ağır günlərində hərbi hissədən çıxıb veyl-veyl gəzməklə Vətənə xidmətedən bu "vətənpərvərlər” elə səhvə yol verməzlər axı! +7 rezuslu eynək dətaxmırlar ki, görmə qabiliyyətləri məhduddur deyək.
Naxçıvandafəaliyyət göstərən "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi təkcə qəzetlərimizindeyil, müxtəlif kitab, jurnal və broşürlərin çapı üçün ən müasir texnikiimkanlara malikdir.
"Naxçıvanisti olan yerdir. Yay aylarında göydən od tökülür. İstirahət günləri camaatəylənməyə yer tapmır. Şəhərdən çox da uzaq olmayan Uzunoba gölünə adamburaxılmır. Bu nədir? Bu qanunu kim qoyub? Madam ki, camaatın istirahətinəşərait yaratmırsan, gedənlərə avtobus vermirsən, nə üzlə "əyri yolla” gedənmaşınların qabağını kəsirsən?”
ElnurKƏLBİZADƏ
AMEA Naxçıvan Bölməsi Tarix,Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı
Digər Xəbərlər

“İnanıram ki, Əlisəmid bu böhranlı vəziyyətdən çıxacaq...”

Əlisəmid Kürün vəziyyəti açıqlanıb

“İndi onu özümə olan hörmət kimi qəbul edib dünyanı vecimə almıram”

VAXTIN TAXTI - “İYİRMİ DÖRD SAAT”

Əlisəmid Kür reanimasiyaya köçürüldü

KAİNAT ŞAİRİ BÖYÜK NİZAMİ YARADICILIĞINDA TARİXİLİK və TÜRKÇÜLÜK

ÜRƏYİNDƏN ŞUŞA KEÇİR, GÖZLƏRİNDƏN XATİRƏLƏR...- Əntiqə Kərimzadə yazır
