adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Avqust 2020 10:08
26340
DÜNYA

ÜST pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti üç ay müddətinə uzadıb.

Bu barədə ÜST-nin fövqəldə vəziyyət üzrə Komitəsi ötən gün Cenevrədə keçirilən iclasın yekunları üzrə bəyan edib.

Bildirilir ki, Komitə föqəladə vəziyyət rejiminin uzadılması üzrə tövsiyəsini ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusa təqdim edib və o, bununla razılaşıb.

Qeyd edilir ki, bununla əlaqədar ÜST-nin baş direktorunun qərarı ilə üç ay müddətində komitənin yenidən iclası baş tutacaq.