adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Sentyabr 2017 17:38
16095
MƏMLƏKƏT

UŞAQLARI XİLAS EDƏK

Uşaqlar bizim həyatımızvə gələcəyimizdir! Uşaqsız həyat günəşsiz dünyaya bənzəyir. Və bir də deyiblər ki,uşaq qığıltısından böyük musiqi yoxdur. O evdən, o ocaqdan ki, uşaq səsi gəlir,körpə qığıltısı eşidilir, bax, bunun özü çox böyük bir gözəllikdir. Ancaq biz Allah-Təalanınverdiyi bu gözəlliyi heç vaxt axıra qədər bir çox halda qoruya bilmirik. Yəni böyüklərin,insanların səhlənkarlığı nəticəsində bir də görürsən ki, uşaq yola çıxdı, avtomobillərinhərəkət hissəsinə keçdi və nəticədə də nəqliyyat vasitəsi onu vurdu. Bax, bu andabiz ayılırıq: bir dizimizə döyürük, bir də başımıza! Onda isə hər şey gec olur…

Baş Dövlət Yol Polisiİdarəsindən aldığımız məlumata görə, piyadaların vurulması arasında uşaqların datez-tez nəqliyyat vasitəsi sahibləri tərəfindən vurularaq öldürülməsi çox narahatedicibir göstəricidir. Təsadüfi deyil ki, nəqliyyat vasitələrinin uşaqları vurması vəbaş verən qəzalar zamanı onların dünyasını dəyişməsi DİN-in rəhbərliyinin də diqqət mərkəzindədir. Bu məqsədlə DİN rəhbərliyiqabaqlayıcı tədbirlər görmək, baş verə biləcək qəzaların qarşısını almaq üçün yolpolisinə konkret tapşırıqlar verib. Və yol polisi də bu tapşırıqları zaman-zamanyerinə yetirir.

İndi demək olar ki,uşaqların təhlükəsizliyi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyitədbirlər mütəmadi xarakter alıb. Yəni avtomobil qəzaları zamanı və eləcə də yolunhərəkət hissəsini keçərkən uşaqların vurulması hallarının qarşısının alınması yolpolisinin diqqət mərkəzindədir. Artıq sentyabrın 10-dan oktyabrın 10-dək respublikaərazisində «Diqqət, uşaqlar!» təhlükəsizlik aylığına start verilib.

Bu məqsədlə bütüntəhsil ocaqlarında, məktəbəqədər müəssisələrdə yol polisi kollektivlərlə görüş keçirir,yol hərəkətinin təhlükəsizliyi ilə bağlı məktəblilər arasında maarifləndirmə, təbliğatvə təşviqat işləri aparır. Bu görüşlər zamanı müəssisələrdə olan yol polisi əməkdaşları«Yol hərəkəti haqqında» Qanunu məktəblilərə izah edir, uşaqlara daha diqqətli olmağıön plana çəkirlər.

Yol Patrul XidmətiAlayının əməkdaşları da bu tədbirlərdə yaxından iştirak edirlər. Çünki respublikanınavtomobil yolu əksər yaşayış qəsəbələrindən və məntəqələrindən keçir. Təbii ki,belə olan təqdirdə hər bir tağım öz xidmət apardığı ərazidə maariflənmə işlərinidiqqət mərkəzində saxlamalıdır.

Yol Patrul XidmətiAlayının 6-cı tağımının əməkdaşları da Qaradağ rayonunun Sahil, Ümid, Sanqaçal,Qobustan qəsəbələrindəki təhsil müəssisələrində görüşlərdə yaxından iştirak edirlər.6-cı tağımın komandiri, polis mayoru Vüqar Əsgərov bildirir ki, «Diqqət, uşaqlar!»təhlükəsizlik aylığı ilə əlaqədar olaraq əməkdaşlarımız Qaradağ rayonunun qəsəbələrindəgörüşlərdə olublar. Bu görüşlər zamanı onlar məktəblilərlə səmimi söhbətlər aparıb,onlara yol hərəkəti qaydalarını başa salıb və daha diqqətli olmağı tövsiyə ediblər.Məhz DİN-in rəhbərliyi də bizim qarşımızda bu cür maarifləndirmə işlərinin davamlıaparılması vəzifəsini müəyyənləşdirib. Biz də çalışırıq ki, bu tapşırıqları yüksəksəviyyədə yerinə yetirək.

Qaradağ rayonununSahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdə, (direktor Nəriman Mürsəliyev) Ümid qəsəbəsindəki 294 nömrəlitam orta məktəbdə (direktor Aynur Abdullayeva), Sanqaçal qəsəbəsindəki 222 nömrəlitam orta məktəbdə (direktor Əzizəxanım Həşimova), Qobustan qəsəbəsindəki 223 nömrəlitam orta məktəbdə (direktor Nazilə Eyvazova) 6-cı tağımın baş inspektorları, poliskapitanı Bakir Həsənov və polis leytenantı İlham Qurbanov məktəblilərlə yol hərəkətiqaydaları ilə bağlı izahat işləri aparıblar. Bu görüşlər zamanı hər bir məktəblinimaraqlandıran suallara cavablar verilib. Və onlara bildirilib ki, yolu keçərkənçox diqqətli olmalıdılar.

Polis kapitanı BakirHəsənov görüş zamanı deyib: «Əziz dostlar, şagirdlər, onu bildirmək istəyirəm ki,yaşadığınız hər hansı bir qəsəbədən çıxıb məktəbə gedərkən diqqətli olun və yolukeçərkən mütləq yeraltı və yerüstü keçidlərdən istifadə edin. Qobustan qəsəbəsi daxilində kesən yolda iki yeraltı vəbir yerüstü keçid var. Amma buna baxmayaraq, bəzi şagirdlər yolu təhlükəli yerlərdənkeçir və metal çəpərin o biri hissəsinə tullanır. Ötən ilin oktyabr ayında «YolEvi» deyilən ərazidə yolu düzgün keçməy ənpiyada vurulmuş və bir şagird dünyasını dəyişmişdi. Bu ilin 8 ayı ərzində isə Qobustanqəsəbəsinə girəcəkdə bir piyada, Sahil qəsəbəsinə keçən yolda daha bir piyada vəSanqaçal qəsəbəsinə keçən yolda bir piyada vurularaq dünyasını dəyişmişdi.

Təbii ki, məktəblilərləbu cür canlı ünsiyyətdə olmaq onlara yol hərəkəti qaydalarını xatırlatmaq istər-istəməzmövcud təhlükəni aradan qaldırır. 6-cı tağımın görüşdə çıxış edən əməkdaşları birdaha şagirdlərə xatırladıblar ki, hər gün yollarda bədbəxt hadisələr baş verir.Bu qəzalar yol hərəkəti qaydalarına əməl olumamasının nəticəsidir. Gələcəyimiz olansiz uşaqların bu qayda-qanunlara yiyələnməsi bizim üçün çox vacibdir. Ona görə dəyol hərəkəti qaydalarını dərindən öyrənin və onlara ciddi əməl edin. Bununla yanaşı,piyada zolağı ilə yol çiyinləriylə hərəkət etməlisiniz.

Piyada keçidləriniyalnız yolun üzərinə çəkilmiş ağ xətlərin üstü ilə keçmək lazımdı. Yeraltı piyadakeçidləri olan yerdə yalnız onlardan istifadə edilməlidir. Belə keçid olan küçələrdəyolun hərəkət hissəsinə çıxmaq sizin həyatınızı təhlükədə qoyur. Küçəni keçməyəbaşlamazdan əvvəl sola və sağa baxmaqla bərabər diqqətinizi artırmaq lazımdır. Avtomobilgəlmədiyinə əmin olduqdan sonra ləngimədən yolu keçin.

İstirahət və bayramgünlərində yollarda velosiped sürməyə 14 yaşından sonra icazə verilir. 14 yaşınaçatmamış uşaq velosipedlə yolu keçmək istədikdə mütləq velosipeddən düşməli, onuəllə piyada keçidindən küçənin o biri tərəfinə keçirməlidir. Avtomobildə oturarkəntəhlükəsizlik kəmərini mütləq bağlayın. Belə olduqda özünüzü təhlükədən qorumuşolursunuz. Bunu valideynlərinizdən və dostlarınızdan da tələb edin!

Göründüyü kimi, uşaqlarıntəhlükəsizliyi həm onların özlərindən, həm valideynlərdən, həm də sükan arxasındaəyləşən digər sürücülərdən asılıdır. Bir də görürsən ki, hər hansı uşaq yolun sağınavə soluna baxmadan birdən-birə yolun hərəkət hissəsinə keçir və bu vaxt sürücü sürətləgəldiyinə görə avtomobili saxlaya bilmir və nəticədə qəza baş verir. Bütün bunlarınqarşısını almaq üçün isə tək uşaqlar deyil, sürücülər, valideynlər və bizim hamımızdiqqətli olmalıyıq. Bizim hamımız diqqətli olsaq, uşaqları gözləyən qəzadan onlarıxilas edə bilərik!

Faiq QİSMƏTOĞLU