Uşaqlarda dad duyğusu böyüklərlə müqayisədə daha güclüdür
“Uşaqların müəyyən yeməklərə qarşı istəksizliyi çox zaman valideynlər üçün narahatedici olsa da, bu, əslində inkişafın təbii bir mərhələsi ola bilər”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.
Onun sözlərinə görə, uşaqlar xüsusilə 2-6 yaş arasında “seçici yemək dövrü”-nə girə bilər. Bu dövrdə onlar əvvəllər yedikləri yeməkləri birdən-birə rədd edə bilərlər: “Uşaqların yeməyi rədd etməsi, onların öz nəzarət və müstəqillik hissini sınadığı bir dövr ola bilər. Uşaq nəzarətin onda olduğunu hiss etdikdə, süfrə ətrafındakı gərginlik azalır və daha rahat yemək davranışı formalaşa bilər. Uşaqların yeməyi rədd etməsinin səbəbləri yalnız fiziki deyil, emosional və psixoloji amillərlə də sıx bağlıdır. Yemək uşaqlar üçün sadəcə bir qida ehtiyacını qarşılamaq deyil, bəzən diqqət çəkmək, duyğularını ifadə etmək və ya nəyəsə etiraz bildirmək vasitəsi ola bilər. Uşaqların yeməyə münasibəti, ailədəki yemək vərdişlərindən və süfrə atmosferindən çox güclü şəkildə təsirlənir. Bundan başqa, uşaq valideynlərin davranışını modelləşdirir. Əgər ana və ata sağlam qidalar yeyirsə, müxtəlif qidaları dadmaqdan çəkinmirsə, uşaq da bu davranışı təqlid edir.
Amma əksinə, valideyn özü seçici davranırsa və ya yemək zamanı mobil telefondan istifadə edirsə, uşaq da yeməyə diqqətini yönəldə bilmir”.
A.Əkbərzadə bildirib ki, uşaqların bəzi qidalara qarşı həssas davranışının kökündə onların bioloji və hiss orqanlarının inkişaf səviyyəsi dayanır:
“Bəzən yeməyi rədd etmə sadəcə “şıltaqlıq, ərköyünlük” deyil, uşağın bədəninin hələ hazır olmaması ilə bağlı ola bilər. Uşaqlarda dad duyğusu böyüklərlə müqayisədə daha güclüdür. Xüsusilə acı, turş və acılı dadlara qarşı çox həssas olurlar. Yeməyin qoxusu da uşaqlar üçün çox önəmlidir. İştahanın olmaması və ya itməsində qoxu duyğusu mühüm rol oynayır. Eyni zamanda, uşaqların həzm sistemi də böyüklərə nisbətən daha həssas və zəifdir. Piyli, çox duzlu, ədviyyatlı və ya ağır yeməklər uşaq üçün narahatlıq yarada bilər”.
Endokrinoloq sonda vurğulayıb ki, bu səbəblər göstərir ki, uşağın bəzi qidaları sevməməsi bəzən sadəcə “istəksizlik” deyil, onun bədəninin və duyğu orqanlarının təbiəti və inkişaf səviyyəsindən asılı olur:
“Uşağın bu fərqliliyini anlamaq və səbirlə yanaşmaq, qida münasibətinin müsbət yöndə dəyişməsinə kömək edə bilər”.
Digər Xəbərlər
15 Yanvar 2026 12:57
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Yanvar 2026 10:33
Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir
13 Yanvar 2026 10:32
Yeniyetmə yaşında olan uşaqların psixoloji xüsusiyyətlərini anlayın - SN-dən valideyinlərə tövsiyə
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03


Bakı -°C

