UNEC və Kooperasiya universiteti arasında dostluq görüşü oldu
Bu gün Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatlarının İdarə Heyətləri arasında "Dostluq görüşü" keçirilib.
Görüşü təşkil etməkdə məqsəd iki ali təhsil müəssisəsinin ictimai-siyasi fəal tələbə gəncləri arasında əlaqə yaratmaq, birgə layihələrə imza atmaqdır.
Adalet.az xəbər verir ki, Görüşdə ilk olaraq qonaqları Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev salamladı və qeyd etdi ki, gənclər arasında bu cür dostluq görüşlərinin təşkil olunması həqiqətən təqdirəlayiqdir. Bu gün Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün istənilən zəruri şərait yaradılmışdır. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, gənclərin dostu Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin Gənclər siyasəti mövcuddur ki, bu gün gənclik həmin siyasətdən ən yüksək səviyyədə yararlanır. Gənclərin yüksək ali təhsil almaları üçün ölkəmizdə müasir çağırışlara cavab verən ali təhsil ocaqları fəaliyyət göstərir və minlərlə gənc bu yaradılan şəraitdən istifadə edərək yüksək ali təhsil alır, fərdi inkişaflarını və intellektual səviyyələrini artırır.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin TGT-nin sədri Rəsul Həşimov, Azərbaycan Kooperasiya Universitetinin TGT-nin sədri Tamerlan Əkbərov çıxış edərək TGT-lər arasında görülən işlərdən, gələcəkdə planlaşdırılan tədbirlərdən söz açdılar. Görüş zamanı hər iki TGT-nin fəallarının fikir və təkilifləri dinlənildi. Sonda iki ali təhsil müəssisəsinin Tələbə-Gənclər Təşkilatları arasında dostluqla bağlı əməkdaşlıq sənədi imzalandı.
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12